Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə105/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dermatomikozlar 4 qrupa bölünür: 
I. Keratomikozlar (Keratomycosis)
1. Əlvan dəmrov sin. Kəpəklənən dəmrov ( Pityriasis versicolor sin. Tinea
versicolor); törədici Malassezia furfur (Pityrosporum obriculare).
2. Düyünlü trihospori sin. piyedra (Trichosporia nodosa sin. Piedra) törədiciləri Tri-
chosporon Beigelii,Piedraia hortai.
II. Dermatofitiyalar (Dermatophytiae sin. Tinea)
1. Qasığ epidermofitiyası ( Epidermophytia inguinale sin. Tinea cruris); törədici Epi-
dermophyton floccosum.
2. Pəncə epidermomikozu sin. Atlet ayağı (Epidermomycos pedis sin.
Athlete’s foot, Tinea pedis); törədici Trichophyton mentagrophytes var. interdigitale.
3. Rubromikoz (Rubromycosis); törədici Trichophyton rubrum.
4. Trixofitiya (Trichophytiae sin.Trichophytosis)
• Hamar dərinin səthi trixofıtiyası (trichophytia superficialis cutis glabrae);
• Başın tüklü hissəsinin səthi trixofitiyası (trichophytia capillitii superficialis);
• Xroniki trixofitiya, dırnaq trixofitiyası (trichophytia chronika, trichophytia 
unguium);
Bu növ trixofıtiya törədiciləri Trichophyton violaceum, T.tonsurans 
var. crateriformis-dir;
• Infiltrativ-irinli trixofıtiya (Trichophytia profunda); 
Törədiciləri - Trichophyton verrucosum var.faviforme, 
T.mentagrophytes var.gypseum, T.simii, T.erinacei;
• Qaysaqlı keçəllik (favus); törədici Trichophyton Shonleinii;
• Kirəmitli mikoz sin. Tokelo (mycosis imbricata sin.tokelo); törədici Trichophyton 
concentricum;
5. Mikrosporiya sin.mikrosporoz (Microsporia sin. Microsporosis)
• Antropofil göbələklər sayəsində; törədiciləri Microsporum audouinii, 
M.ferrugineum;
• Zoofil göbələklər sayəsində; törədicilər Microsporum canis, M.distortum;
• Geofil göbələklər sayəsində; törədicilər Microsporum gypseum, M.nanum;
III. Kandidozlar (Candidosis sin. Candidiasis, Moniliasis) -törədiciləri Candida 
qəbiləsindən olan şərti-patogen anoloji maya göbələkləri (Candida albicans, Ctropicalis 
və s.)


185
1. selikli qişa, dəri, dırnaq və dırnaq yastıqlarında səthi kandidoz;
2. xroniki ümumiləşdirilmiş (dənəvərmatoz) kandidoz;
3. viseral (daxili üzvlərin) kandidoz.
IV. Dərin mikozlar (Mycosisprofunda)
1. Blastomikoz (Blastomycosis);
• Kriptokokkoz; törədici Cryptococcus neoformans;
• Şimali Amerika blastomikozu; törədici Blastomuces dermatitidis;
• Cənubi Amerika blastomikozu; törədici Paracoccidioides brasiliensis;
2. Gistoplazmoz (Histoplasmosis) törədici Histoplasma capsulatum.
3. Koksidioidoz (Coccidioidosis); törədici Coccidioides immitis.
4. Sporotrixoz (Sporotrichosis); törədici Sprotrichum shenskii.
5. Mukoroz ( Mucorosis); törədici müxtəlif növlü Absidia, Mucor, Rhizopus.
6. Aspergilez (Aspergilliosis); törədicilər-Aspergillius fumigatus, A.flavus və s.
7. Penisilioz (Penicilliosis); törədicilər- Penicillium crustaceum, P.notatum və s.
8. Xromomikoz ( Chromomycosis); törədicilər— Phialophora verrucosa, P.pedrosoi 
və s.
9. Rinosporidioz ( Rhinosporidiosis); törədici— Rhinosporidium seeberi.
10. Sefalosporioz ( Cephalosporiosis); törədicilər— müxtəlif növlü Cephalosporium 
Corda. 
11.Kladosporioz (Cladosporiosis); törədici-Cladosporium trichoides. 
12.Keloid mikoz (Mycosis keloidis); törədici- Loboi loboi. 
13.Göbələk etioloji misetomlar (Mycetoma mycosis); törədicilər- Madurelle myce-
tomi, M.grisea və s.
Yaddaş!
• Xarici dermotologiyada dermotofıtlər aşağıdakı növlərə bölünür: 
Tinea capitis -başın tüklü hissəsinin dermatofıtiyası; 
Tinea faciei - üzün dermatofıtiyası; 
Tinea barbae -üzün saqqal nahiyyəsinin dermatofıtiyası 
Tinea corporis - bədən dermatofıtiyası; 
Tinea cruris - büküşlərin dermatofitiyası;
Tinea manus - əllərin dermatofıtiyası; 
Tinea pedis - ayaqların dermatofıtiyası; 
Onychomycosis - dırnaq dermatofıtiyası.
• Bizim regionlarda düyünlü trihospori (piyedra), kirəmitli mikozlara rast gəlmək 
mümkün deyil, belə ki, bu cür yoluxmalar əsasən tropik iqlimli ölkələr üçün xasdır. 
Keratomikozlar (Keratomycosis)
- səthi göbələk dəri xəstəlikləridir, dəri və saç-
larm buynuzlu qişasını zədələyir, zəif yoluxuculuq qüwəsinə malikdir və güclü iltihabi 
təzahürlərin olmaması ilə seçilir. Əlvan ( kəpəklənən) dəmrov, Pityriasis versicolor sin. 
Tinea versicolor -Malassezia furfur maya göbələklərinin əsasında xüsusilə bədən dərisi-
ni və zərif tükləri zədələyir.
• İsti iqlimli ölkələrdəvə yüksək rütubət həddli ölkələrdə geniş yayılmışdır, bu səbəb-
dən Azərbaycan regionunda yoluxma hallarının tezliyi izah edilir.
• Yalnız insanlara yoluxur. G ənc yaşlarda olan (15-40yaş) kişi və qadınlar arasında 


186
eyni tezlikdə belə yoluxmalara rast gəlinir. 40-60 yaş arası insanlarda bu xəstəliyə yolux-
ma halları kəskin azalır. 7 yaşına qədər olan uşaqlardarast gəlinməmişdir.
• Yoluxuculuq qüvvəsi zəifdir.
• Meyilli amillər -yüksək tərləmə, tərin kimyəvi tərkibinin dəyişməsi, dərinin fıziolo-
ji qabıq soyulma qabiliyyətinin azalması,endogen pozğunluqlar.
• Yoluxma mənbəyi -xəstə insan.
• İnfeksiya ötürülmə yolları—xəstə insanla birbaşa təmas, həmçinin yoluxmuş
məişət əşyaları, alt paltarları, yataq camaşırları,hamam ləvazimatları, həsirlər və s.
• Törədici -Malassezia furfur (Pityrosporum orbiculare) -normal dəri florası tərkibinə 
daxil olan şərti-patogen lifli maya göbələyidir. Müəyyən edilmişdir ki, sağlam insanların 
90%-i saprofit formalı M.fiırfur göbələklərinin daşıyıcısıdır. Ekzo- və endogen amillərin 
təsiri nəticəsində şərti-patogen maya göbələkləri Malassezia furfur qeyri-patogen şəkil-
dən patogen şəklinə düşür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin