Kliniki təzahürlər Lokalizasiya - sinə, boyun, kürək, qarın, qoltuqaltı çökəkliklər, başın tüklü hissəsi,
nadir hallarda bazu önü, budlar, qasıq nahiyyəsi, sifət. Ovuclar, ayaq altlıqları və selikli
qişada müşahidə olunmamışdır.
Səpmə ünsürləri — əsasən çoxlu sayda xırda (0,3-0,5sm), girdə, qeyri dəqiq çevrə-
li, qeyri-iltihabi, başlanğıcda çəhrayı, sonralar qızılı-çəhrayı, qonur və daha sonra isə
ağ rəngli ləkələr. Ləkələr birləşib diametri 1-10sm və daha iri olan çoxsilsiləli böyük
ocaqlar yarada bilərlər. Ləkələrin üzərində nəzərə çapmayacaq dərəcədə,amma yalnız
qaşındıqda üzə çıxan xırda zolaqlar halında q a b ı q 1 a r ola bilər, amma piqmentsizləş-
miş ləkələrin üzərində qabıqlar olmur. Əlvan dəmrova yoluxma zamanı piqmentsizləş-
miş ləkələrin inkişafı M.furfur tərkibindəki lipoksigenaza maddəsi tərəfmdən doymamış
yağ turşularınm oksidləşməsi sayəsində əmələ gələn dikarbon turşusunun melanositlərin
funksional fəalhğının ləngitməsi ilə əlaqədardır. Prosess çapıq qoymadan izsiz reqres
edir.
Saç follikullarının M.furfur maya göbələkləri tərəfindən zədələnməsi follikulit şək-
lində keçir ( pityrosporum folliculitis sin. Malassezia folliculitis). Klinik təzahürləri -
məhdudlaşdtrılmış, hallarda bel, sinə, çiyin nahiyyələrində, bəzən isə üz nahiyəsində
konusşəkilli çəhrayımtıl-qırmızı rəngdə düyünlər, papullar, pustulalar (irinciklər), pa-
pulo-pustulalar. Xəstəlik alın nahiyyəsində məhdud səpmələr - “pomadkalı civzələr”
şəklində peyda olub, komedonsuz akne vulqaris-i təqlid edir. Ağırlaşma halları ( düyün-
lər və kistaların əmələ gəlməsi) olmadıqda, prosess çapıq qoymadan izsiz nəticələnir.
Əlvan dəmrov diaqnozunu təsdiqləyən diaqnostik klinik testlər:
• Balzer sınağı (yod smağı) - sağlam dəri ilə müqayisədə zədə ocaqlarınm 5% spirt-
li yod məhlulu ilə intensiv boyanması.
• Benye sınağı - zədə ocaqlarınm qaşınması zamanı gizli qabıqların aşkarı.
• Vudun lüminessensiya lampası ilə müayinə zamanı -zədələnmiş ocaqların ağım-
tıl-sarı və ya bozumtul parıltısı.
Dermatofitiyalar (Dermatophytiae sin. Tinea) - dəri və onun törəmələrinin ( saç,
dırnaq) səthi yoluxucu göbələk xəstəlikləridir, yoluxma qüwəsi və az-çox izhar olunan
iltihabi reaksiyalarla seçilir.