Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XIII FƏSİL. Dərinin göbələk xəstəlikləri (Dermatomikozlar)



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə103/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   446
DERMATOLOGİYA-dərslik 1

XIII FƏSİL. Dərinin göbələk xəstəlikləri (Dermatomikozlar)
Dermatomikozlar (Dermatomycosis)
- dəri və onun törəmələrində patogen və şər-
ti-patogen göbələklərin yaratdığı yoluxucu xəstəliklərdir. Göbələklər—ibtidai bitkilər 
silsiləsindən olan mikroorqanizmlərdir, amma onlarm tərkibində xlorofil yoxdur və kar-
bon qazını mənimsəmək bacarığına malik deyillər. Göbələklər təbiətdə geniş yayılmış-
dır, lakin onlarınaz bir hissəsi heyvan və insanlar üçün patogenlik daşıyır. Onlar torpaq-
da , bitkilərdə yaşayır, insan və heyvanların daxilində qidalanıb törəyirlər. Göbələklər iki 
növə bolünür: yalnız heyvanlarda (zoofıl) və ya yalnız insanlarda (antropofil) xəstəlik 
yaradan çoxpatogenli göbələklər; və ya hər iki növ canlını (zooantropofil və antropozo-
ofıl) zədələmək bacarığına malik olan polipatogen göbələklər.
Epidemiologiya.
Dermatoloji xəstəliklər strukturunda dermatomikozlar pyodermi-
yalardan sonra ikinci yeri tutur və göbələk xəstəliyinə yoluxmuş xəstələrin əsas hissə-
sini əhatə edir. ÜST-nin verdiyi məlumata istinadən aydın olur ki,Yer kürəsi əhalisinin 
1/5-dən 1/3 hissəsinə qədər bu xəstəlikdən əziyyət çəkir. Müxtəlif regionlara məxsus 
qeofiziki xüsusiyyətlər və iqlim şəraiti dermatomikozların genış yayılmasma səbəb ola 
bilər. Son zamanlar dermatomikoz xəstəliklərinin dövrü yüksəlmə və azalma mərhələləri 
nəzərə çarpır.
• Yoluxma mənbəyi— müvafıq antropofıl və zoofil göbələklərin daşıyıcıları olan 
yoluxmuş heyvanlar, xəstə insanlar , bəzi bitkilər və torpaq (qeofil göbələklər).
• Dermatomikoz yoluxması b i 1 a v a s i t ə baş verir—xəstə insanlar,torpaq və 
heyvanlarla birbaşa təmas zamanı; vədolayı yolla -göbələk daşıyıcıları olan əşyalar va-
sitəsilə ( məişət əşyaları, alt paltarları və yataq camaşırları,ayaqqabı, baş geyimləri, da-
raqlar,fenlər, hərarətölçənlər, altlıq ləyənlər,heyavanlara qulluq vasitələri, bağ və hamam 
ləvazimatları,bərbərxana-salon rekvizitləri və s.).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin