Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə104/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya v ə patogenez.
Dermatomikoz törədici mikrobların əsas hissəsi şaxələnən 
cütçevrəli göbələk telləri yaradan və sporlar vasitəsilə törəyib artan Epidermiphyton, 
Trichophyton, Microsporum qəbiləsindən olan patogen lifli göbələklər— dermatofıtlər-
dir. Onlar torpaq, bitkilər, heyvanlar və insanlarda yaşayıb qidalanırlar.
Azərbaycanda dermatofıtlərlə yanaşı dermatomikoz törədicilərinin ən geniş yayıl-
mış növlərindən biri şərti patogen Malassezia furfur (Pityrosporum orbiculare) lipofıl 
maya göbələkləridir. Malassezia furfur--əsasən 15 yaşdan yuxarı insanlarda epidermisin 
buynuzlu qişasındə və saç follikullarmda məskunlaşır. Candida (Monilia) qəbiləsindən 
şərti patogen anoloji maya göbələkləri sporlar əmələ gətirmir, tumurcuqlanma yolu ilə 
törəyir,onlardan formalaşmış tellər həqiqi şaxələnməyə malik deyil,bu səbəbdən onları 
yalançı tellər adlandırırlar.
Candida albicans - Candida qəbiləsindən olan göbələklərin ən geniş yayılmış növü 
olaraq insanda kandidoz törədici kimi tanınır. Candida albicans— insanlarda ağız-boğaz 
mikroflorası, mədə-bağırsaq sistemi,uşaqlıq yolu və uşaqlıq yolu dəhlizinin sağlamlıq 
göstəricisidir. C.albicans sağlam insanların dərisində törəmirlər. C.albicans ev heyvan-
larınm,əsasən körpə heyvanlarm ( buzovlar, dayçalar, pişik balaları, ev quşları) orqaniz-
mində məskunlaşırlar.


184
Dəriyə düşərkən belə mikroblar heç də hər zaman klinik dəyişikliklər yaratmır,çox 
vaxt onlar özlərini mikozdaşıyıcılar halında göstərir. Xəstəliyin inkişafına bir sıra ek-
zogen (mikrotravmatizm, yüksək tərləmə və ya dəri quruluğu, yastıayaqlıq, barmaqla-
rarası büküşlərin darlığı, hərarət, yüksək nəmlik və s.) və endogen amillər -tətiklər (en-
dokrinopatiya, immunçatışmamazlığı vəziyyəti, vegetativ damar pozğunluqları, xroniki 
və yoluxucu ağciyər, mədə-bağırsaq sistemi orqanlarınm xəstəlikləri, ətraf əzələlərin 
angiiti, medikamentoz preparatlar və s.) səbəb olur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin