Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə107/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   446
DERMATOLOGİYA-dərslik 1

Epidemiologiya.
• Hər tərəfdə geniş yayılmışdır, yalnız kirəmitli mikoz tropik ölkələrdə müşahidə 
olunur.
• Tez-tez müxtəlif yaş qruplarma aid olan kişi və qadınlarda eyni zamanda rast gə-
linir.
• Bəzi dermatofitlər yaşla əlaqəlidir. Məsələn, məktəbəqədər və məktəb yaşlı uşaq-
larda əsasən üz və başın tüklü hissəsində məhdudlaşdırılmış səthi trixofıtiya və mik-
rosporiyaya rast gəlinir; qasıq epidermofıtiyası, ayaqlarm epidermomikozu və rubtomi-
koz əksər hallarda - böyüklərdə olur.
• Bəzi dermatofıt xəstəliklərinin davam etdiyi müddət ərzində y o 1 u x m a möv-
sümü ( zooantropofll mikrosporiya -payız aylarında, zooantropofil trixofitiya -yay ayla-
rında) və kəskinləşmə mövsümü (ayaq epidermomikozu - yaz və yay aylarında) qeydə 
alınmışdır.
• Yoluxma mənbələri -xəstə insan, heyvanlar və torpaq.
• İnfeksiya ötürülmə yolları - xəstə insan, heyvanlar və torpaqla birbaşa təmas, həm-
çinin infeksiya daşıyıcısı olan məişət əşyaları, heyvanlara qulluq, idman, bağ və ha-
mam ləvazimatları.
Etiopatogenez.
Dermatofıtiyaların törədiciləri - üç növlü: Epidermophyton, Trichophyton, Microspo-
rum— sapabənzər patogen göbələklər, dermatofitlərdir. Onlar torpaqda (geofil derma-
tofıtlər), heyvanlarda ( zoofıl dermatofıtlər) və insan orqanizmində (antropofil dermato-
fıtlər) parazit həyat keçirirlər. Amma insanın yoluxması zamanı antropofıl mikroblarla 
yanaşı zoofıl və geofıl göbələklərdə iştirak edirlər, və antropofil göbələklərlə müqa-
yisədə onlar daha intensiv iltihabi təsirə malikdirlər. Antropofıl dermatofıtlərə - E.floc-
cosum, T.interdigitale, T.rubrum, T.violaceum, T.tonsurans, T.shonleinii, M.audouinii, 
M.ferrugineum aiddir. Zoofıl ermatofitlərə — buzov, keçi, siçan və s. heyvanlarda məs-
kunlaşan, bu heyvanlari yoluxduran və həmçinin insanlarda irinli-infıltrativ trixofıtiya 
yaradan T.verrucosum, T.gypseum aiddir; pişik, itlərdə və atlarda məskunlaşan M.canis, 
M.distortum insanlarda və adları çəkilən heyvanlarda mikrosporiya əmələ gətirir. Geofıl 
dermatofitlərə - M.gypseum, M.nanum aiddir. Eyni zamanda torpaq zoofıl trixofıton və 
mikrosporumlar üçün ehtiyat mənbəyi sayılır.
Dermatofıtlər dəri, saç və dırnaqlarm buynuzlu qişasına daxil olaraq keratinaz sintez 
edir, keratini parçalayır, buynuzlu keratinosit daxilində patogen göbələklərin çoxalması 
və sonrakı inkişafı üçün əlverişli şərait yaradır. Bu səbəbdən keratin təbəqəsi olmayan se-
likli qişada dermatofıtlərin olmaması izah edilir. Dermatofıtin inkişafma bir sıra ekzogen 
( mikrotravmatizm, yüksək tərləmə və ya dəri quruluğu, yastıayaqlıq, barmaqlararası 
bükürçflərin darlığı, hərarət, yüksək nəmlilik və s.) və endogen amillər –(endokrinopati-
ya, immunçatışmazlıq vəziyyəti, vegetativ damar pozğunluqları, ağciyər, mədə-bağırsaq 
sistemi orqanlarının xroniki və yoluxucu xəstəlikləri, ətraf əzələlərin angiiti, medika-
mentoz preparatlar və s.) şərait yaradır.
Qasığ epidermofitiyası, Epidermophytia inguinale sin. Tinea cruris - böyük büküşləri 
və onlara yaxın nahiyyələri zədələyici xassəli, dermatofıt qrupuna aid olan səthi göbələk 
xəstəliyidir.


188
• Geniş yayılmış dermatofıt formasıdır.
• Daha çox insanlarda olur, əsasən orta yaşlı kişilərdə rast gəlinir; uşaq və yeniyet-
mələr nadir hallarda yoluxur.
• Nəzərə çarpacaq yoluxuculuq qüvvəsi var.
• Törədici amillər - qızmar rütubətli iqlim, yüksək tərləmə, dar geyim, endogen 
pozğunluqlar şəraitində normadan artıq çəki.
• İnfeksiya mənbəyi-xəstə insan.
• İnfeksiya ötürülmə yolları - xəstə insanla və bəzən daha çox yoluxmuş əşyalar : 
alt paltarları və yataq camaşırları, hamam ləvazimatları, hərarətölçənlər, altlıq ləyənlər, 
həsirlər və s. ilə b i r b a ş a t ə m a s.
• Törədici - Epidermophyton floccosum ( E.inguinale).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin