Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə109/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik təzahürlər.
Ayaq epidermomikozu aşağıdakı növlərə ayrılır: intertriginoz , disgidrotik ,
skvamoz və skvamoz-hiperkeratotik. 
Lokalizasiya - ayağın yuxarıdan üçüncü tağ nahiyyəsində ayaqaltı səthi, ayaq və 
barmaqların yan səthləri, III və IV barmaqlararası büküşlər, I və V barmaqların dırnaq 
təbəqələrinin zədələnməsi. Bəzən hər iki ayaq, nadir hallarda isə bir ayaq yoluxur.
Səpmə ünsürləri.
• İntertriginoz forması —III və IV, bəzən də bütün barmaqlararası büküşlər tünd-qır-
mızı rəngdə, şişkin, toxumaları dağılmış şəraitdə ağrılı çatlar, eroziya və sulanmalar. Qa-
şınma, göynətmə və ağrı səciyyəvidir.
• Disgidrotik (vezikulyoz) forması- dəyişməz və zəif hiperemiya qabiliyyətli dəri 
şəraitində ayaq tağları, ayaqaltı nahiyyələrdə, barmaqlar, barmaqlararası büküşlərdə qo-
vuqlar və ya gərgin divarlı qovuq və qovuqcuqlar. Qovuqlar uzun müddət qala bilər 
və ya çəhrayımtıl-qırmızı rəngli eroziyaya çevrilərək bir-biri ilə birləşib dəqiq konturlu 
sulanan ocaqlar yaradır. Qaşınma səciyyəvidir.
• Skvamoz forması- dəyişməz və cüzi eritematoz fonda, barmaqlararası büküşlər, 
ayaqaltı nahiyyəsində heç bir iltihab əlaməti olmayan qabıq soyulması və dəri naxış-
larının dərinləşməsi və kəskinləşməsi. Qaşınma səciyyəvidir.
• Skvamoz -hiperkeratotik forması- kəpəklənən və ya təbəqəli qabıq soyularaq
ayaqaltı dəri və barmaqlarm səthi göyərmiş-qırmızımtıl rəngdə, hemorragik sahələr, 
hiperkeratoz xassəli buynuzlaşma. Qaşınma səciyyəvidir. 
Ayaq epidermomikozunun - növlərinin hər biri çapıqlar yaratmadan izsiz nəticələnir.
Ayaq epidermomikozunun “xüsusi yol yoldaşı” kimi dırnaq plastinkasının zədələn-
məsi (onixomikoz, onychomycosis) qəbul edilmişdir.
Dırnaq plastinkalarının zədələnməsi müvafıq olaraq baş, yan və ya yaxın kənarlar-
dan başlandığı zaman d i s t a 1 (məkan), 1 a t e r a 1 (yönlü) və p r o k s i m a 1 (yaxın) 
onixomikoz qeyd edilmişdir. Distal, lateral və proksimal sahələrdən başlayan patoloji 
dəyişikliklər tədricən bütün dırnaq təbəqəsinin səthini əhatə edir. Dırnaq plastinkaları 
solğunlaşır, kirli-boz və ya sarı-qırmızı rəngə çalır, ovulur, təbəqələşir, nazikləşir ( atro-
fik növü) və ya qalınlaşır, dırnaqaltı hiperkeratoz inkişaf edir (hipertrofik növü). Hipert-
rofık kütlələr dırnaq təbəqəsini qaldırıb dırnaq yatağından ayırır.
Rubromikoz syn. Rubrofitiya, Rubromycosis sin. Rubrophytia - dermotofıt 
qrupundan olan göbələk xəstəliyidir, ayaq dərisini və dırnaq plastinkalarını, bəzən dəri 
örtüyünün hər hansı bir hissəsindən başlayaraq saçların zədələnməsi və prosessin ümu-
miləşdirilməsinə qədər davam edir.
• Ən geniş yayılmış dermatofıt növüdür.
• 
Yalnız insanlara yoluxur, əsasən yaşlı adamlar xəstəliyə düçar olurlar, uşaq və 
yeniyetmələr nadir hallarda xəstələnirlər.
• Yoluxuculuq xüsusiyyəti yüksəkdir.
• Risk qrupuna -idmançılar, hərbi qulluqçular, HİV-ə yoluxmuş xəstələr, hamam, 
kömür şaxtaları və qaynar sexlərin işçiləri və s. aiddir.
• Meylli amillər - ayaq dərisinin sürtülməsi, tərləmə və ya quruluğu, barmaqlararası


190
büküşlərin bir-birinə yaxınlığı, yastıayaqlıq, dar
ayaqqabı. İmmunçatışmazlıq, endogen pozğunluqlar, antibiotik, kortikosteroid har-
monlar və sitostatik preparatlarının uzun müddətli qəbulu və s. 
• 
İnfeksiya mənbəyi-xəstə insan.
• 
İnfeksiya ötürülmə yolları -xəstə insan və yoluxmuş əşya k <öa-Fi ayaqqabı,-
corablar, hamam və manikür ləvazimatları, həsirlər, xalçalar, ləyənlər, hamam, hovuz
və idman komplekslərində oturacaqlar, taxtlar vəs. iləbirbaşa təmas. 
• 
Törədici - Trichophyton rubrum.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin