Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Selikli qişa, dəri və dırnaq lövhəciklərinin səthi kandidozu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə115/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   446
DERMATOLOGİYA-dərslik 1

Selikli qişa, dəri və dırnaq lövhəciklərinin səthi kandidozu
Lokalizasiyası - ağız ( dil,yanaqlar, ağız və diş damaqları, badamcıq vəziləri) və cin-
siyyət orqanların selikli qişası (uşaqlıq yolu və uşaqlıq yolu dəhlizi); barmaqlararası 
bükümlərin d ə r i s i (əsasən əl barmaqları, III barmaqarası nahiyyəsindəki büküşlər), 
iri büküşlər (qasıq, sağrıarası, süd vəzilərinin altı), qoltuqaltı çuxurlar, qulaq seyvanının 
arxası, kişi cinsiyyət orqanının selikli qişası, göbək ətrafı, dırnaq yastıqları; d ı r n aq 
lövhəcikləri, əşasən III və IV əl barmaqları. 
Səpgi elementləri
Ağızın selikli qişasında (Candidosis stomatitis, glossitis, tonsillitis,
gingivitis, soor) -hiperemik və infiltrasiyalaşmış selikli qişalarda şəraitində bir-birin-
dən ayrı, a ğ rəngli, darı və ya mərci böyüklükdə, Candidae
göbələklərinin vegetativ elementləri təmsil edir və onların üzərində ərplər əmələ gə-
lir. Sonralar, ərplərin sayı və ölçüsü artır, birləşərək müxtəlif həcmli,ağ, bozumtul və ya 
sarımtıl rəngdə qartmaqlar –“ağ lövhəciklər” əmələ gəlir (white plaques). Uşaqlarda
ağ lövhəciklər selikli qişanı zədələmədən daha asanlıqla sorulur. Yaşlılarda olan ağ 
lövhəciklər daha qalın və kobuddur, selikli qişaya sıx yapışmışdır, sağaldıqdan sonra 
yerində eroziv elementlər yaradır. Dilin səthi çoxsaylı uzununa və eninə dərin çatlarla 
örtülür, bu çatların dibində qırıntı şəklində ağ ərplər və ya ağ lövhəciklər müşahidə 
olunur. Ağız boşluğunun kandidozu tez-tez kandidoz xeyliti (candidis cheilitis) və
zayedaya (parçalanma) 
(candidis angulusoris) çevrilir. Bu vaxt dodaqların qırmızı haşiyəsinin infiltrasiya-
laşmış , g ö y ü m t ü l çalarlı boz rəngli, cüzi pulcuqlu qabıqlarla örtülmüş olur, dodaq-
ların dərisi nazikləşir və incə radial büküşlərə yığılır. Ağız kənarlarındakı dəri b o z u m 
t u l – a ğ r ə n g d ə , b i r qədər parlaqdır; 
çəhrayımtıl – qırmızı çalarlı e r o z iy a və y a ç a t l ar müşahidə olunur. Göy-
nətmə hissiyyatı və bəzən də ağrı səciyyəvidir.
Uşaqlıq yolları, uşaqlıq yolları dəhlizi və uşaqlıq boynu selikli qişası (candidosis 
vullvovaginitis, endocervicitis) nisbətən h i p e r e m i k, ş i ş k i n d i r, içərisində qo-
vuqçuqlar, xırda, parlaq zolaqlı e r o z i y a l a r qeyd olunur. Uşaqlıq yollarında tampon 
vasitəsilə asanlıqla silinən b o z u m t u l–a ğ qartmaqlar toplanır. Cinsiyyət orqanların-
dan axan ağımtıl qatı ifrazat və qaşınma hissiyyatı səciyyəvidir.
• 
Barmaqarası iri büküşlərin ( candidosis interdigitale, inguinale), qulaq seyvanı-
nın arxası, nadir hallarda başqa nahiyyələrin ( candidosis cutis superficialis) dərisində 
sonradan göyümtül-qırmızı rəngində lövhəciklər bir-biri ilə birləşərək e r i t e m a t o z 
, e r i t em o-s k v a m o z və ya papulo – vezikullyoz, pustulyoz elementlərlə müşahidə 
olunur. Büküşlərdəki lokalizasiya zamanı t o x u n a n s ə t h l ə r i n maserasiyası
geniş sulanan e r o z i y a l a r ı n yaranmasına səbəb olan irinciklərin və qovuqcuqların 
tamlığının pozulmasına şərait yaradır; bu eroziyalar parıltılı olur və yalnıız büküşlərin 


197
sürtünən səthlərini əhatə edir. Zədə ocaqlarının kənarları –laylanmış, maserasiya olun-
muş a ğ ı m t ı l epidermisin qalıqları ilə örtülür. Dəri kandidozunun səciyyəvi xassəsi 
– zədə ocaqlarına yaxın sağlam dəri üzərində xırda eritematoz papulalar, irinciklər və 
ya eritematoz-skvamoz elementlərlər şəklində çoxsaylı “xırda-satellitlər”-dir. Subyektiv 
qaşınma və göynətmə səciyyəvidir.
Kişi cinsiyyət orqanının dərisində lokalizasiya zamanı kandidoz balanopostiti əmələ 
gəlir (candidosis balanopostitis). Kandidoz balanopostiti əsasən, sirkumsiziya edil-
məyən kişilərdə inkişaf edir. Candida göbələkləri üçün —daralmış və uzunlaşmış pülük 
kisəsinin speqmanın yığılması və artması, maserasiya əlverişli şərait yaradır. Ötürülmə 
yolları – əsasən, cinsi əlaqə və ya autoinokulyasiya ( peyvənd) nəticəsindədir.
Kandidoz balanopostitin gedişi yavaşımır, sezilmədən keçir; cinsiyyət orqanı tac şırı-
mının və pülük kisəsinin y ü n g ü l h i p e r e m i y a s ı, cinsiyyət orqanının kəlləsində 
xırda, göbəkvari basıqlığı olan papulo- irincikli elementlər əmələ gəlir; bu cür səp-
gilərin tamlığının pozulması zamanı tez epitelləşən “ağ eroziyalar” yaranır, ağ qırıntılı 
təbəqələrin yığıntısı müşahidə olunur. Belə formalar özünübərpaya daha meyllidirlər.
Kandidoz balonopostitinin kəskin formasında analoji təzahürlərin nəzərə çarpacaq 
dərəcədə tez iltihabı komponentlərlə inkişaf edir. Cinsiyyət orqanının kəllə nahiyəsində 
hiperemiya , şişkinlik, infiltrasiya və ağrı artır. Yaranmış ağımtıl-bozumtul ərp təmiz-
ləndikdən sonra iri eroziyalı səthlər aşkar olunur. Tədricən iltihablı təzahürlər zəifləyir, 
eroziv ocaqlar epitelləşir və prosses izsiz reqres edir.
Dırnaq valcıqlarının dərisinin zədələnməsinin kəskin mərhələsi zamanı, h i p e r e m 
i y a, yastığabənzər ş i ş k i n l i k, a ğ r ı l ı, p a s t o zluq, elementin üzərindən basdıqda 
axan qaymağabənzər irin təzahürləri ilə müşahidə olunur. Zaman keçdikcə şişkinlik 
zəifləyir, valcıqlar yastılaşır, valcıqların konsistensiyası bərkiyir, üzərində qartmaqları
və q a b ı q l a r ı ayıran p u l c u q l a r, xırda ç a t l a r əmələ gəlir. 
Dırnaqlar ikincili olaraq dırnaq valcıqlarından infeksiya keçməsi ilə yoluxurlar. 
Əsasən III, IV əl barmaqlarının dırnaq plastinkaları zədələnir. Dırnaq lövhəciklərinin 
zədələnməsi əsasən, l a t e r a l k ü n c d ə n başlayır (lateral onikomikoz). Dırnaq 
lövhəciklərinin zədələnmiş sahəsi solğunlaşır, qalınlaşır,yumuşaqlaşır, qaramtıl-qonur 
rəngə çalır, üzərində zolaqlı basıqlıqlar əmələ gəlir, sonralar nazikləşir və bəzən də 
lay-lay olaraq qopur.
X r o n i k i generalizə olunmuş ( dənəcikli ) k a n d i d o z ( C a n d i d o 
s i s c h r o n i c a g r a n u l e m a t o s i s ) -- əsasən, anadangəlmə və ya sonradan 
yaranmış immunçatışmamazlığı, ağır endokrin pozğunluqları olan insanlarda uzunmüd-
dətli davam edən üzücü xəstəliklərin nəticəsində yaranır. Maya infeksiyalarının xroniki 
formaya keçməsinə antibiotiklərlə müalicə, kortikosteroidlərin, immunsupressantların 
uzun müddətli tətbiqi nəticəsində baş verir.
Lokalizasiyası – üzün dərisi, başın tüklü hissəsi, bədən və ətraf əzaların dərisi.
Səpgi elementləri– dairəvi və qeyri-bərabər formalı, tədricən dəri üzərində vegetativ
artımlı infiltrativ lövhələrə və ya irinli, təbəqələşən, sarı rəngli quruyan qartmaqlı, v e 
g e t a t i v a r t ım l ı d ü y ü n l ə r ə çevrilən eritematoz-skvamoz l ə k ə l ə r.
Dərin dənəcikli kandidoz zamanı əmələ gələn qeyri-adi təzahürləri stafilokok infek-
siyasının qoşulması ilə izah edilir. Xroniki generalizə olunmuş dənəcikli kandidoz - ağır 
gediçli, qan azlığı, halsızlıq, subfebril hərarət, residivləşən bronxit, pnevmaniya, mə-


198
də-bağırsaq dispepsik pozğunluqlar uzun borulu sümüklərin osteoporosu ilə müşahidə 
olunur. Prosses hamar dəri üzərində çapıq atrofiyası, başın tüklü hissəsində -sabit dazlıq 
ilə nəticələnir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin