200
isii. Dimorf göbələkdir; üzvi maddələrlə zəngin qırmızı duzlu torpaq saprofiti quşlar
və yarasaların tullantılarının tərkib hissəsidir.
Əlverişli amillər –immunitet çatışmazlığı (HİV infeksiya, orqan
köçürülməsi, kimyə-
vi müalicə, hemoblastoz), qocalıq.
Ötürülmə yolları –tozlu hava (göbələk telləri tozcuqlarının udulması).
Gedişi – Sadə ağciyər histoplazmozu zamanı sağalma prosesi müdaxiləsiz baş verir.
Ağciyər kavernası və yayılmış histoplazmozun xroniki formaları zamanı
müalicə olun-
mayan xəstələrin 80% -inin aqibəti ölümlə nəticələnir. Bu tipli ağır xəstəlik formaları
əksər hallarda sistemli antimikotik dərmanların davamlı qəbulunu tələb edir.
Lokalizasiya –üz, ətraflar, bədən, yumşaq damağın, ağız-udlaq, qırtlaq girəcəyi və
burun dəliklərinin girəcəyinin selikli qişaları.
Klinik şəkil
Kəskin ağciyər histoplazmozu –düyünlü və ya çoxformalı ekssudativ eritema ilə
müşayiət edilən qripəbənzər sindrom.
Yayılmış histoplazmoz –intoksikasiya (zəhərlənmə) əlamətləri. HİV-ə yoluxan
xəstələrdə sepsis, böyrəküstü vəzi çatışmazlığı, ishal, qarın ağrıları rast gəlinir.
Dəri təzahürləri – buynuzlaşmış və nekrozlaşmış qırmızı düyüncüklər, düyünlər,
eritematoz ləkələr; bəzən pustula və ya sızanaglı elementlər, folikulit; məməcikli artımlı
lövhələr; ponikulit eritrodermiyası.
Selikli qişalarda təzahürləri – düyünlər, vegetasiyalar, xoralar.
Böyrəküstü vəzilərin zədələnməsi zamanı –böyrəküstü vəzilərin çatışmamazlığı nəti-
cəsində diffuz hiperpiqmentləşmə .
Differensial diaqnozu –digər dərin mikozlar, dermatozlar, ağciyər xəstəlikləri.
Kriptokokkoz - ilkin ağciyər zədələnməsi ilə, sonradan beyin və beyin qişalarına,
limfa və sümük sisteminə infeksiyanın hematogen yayılması ilə müşahidə olunur, bəzi
xəstələrdə dəri və selikli qişaların zədələnməsinə də təsadüf edilir. Kriptokokkoz HİV
xəstələrində tez-tez rast gəlinən (kriptokokk meningiti) dərin mikoz xəstəliyidir.
Törədici –Cryptococcus neoformans tipli maya göbələkləridir. Torpaq və quşların
tullantılarında rast gəlinən saprofitdir. Insan və ev heyvanlarına yoluxur. Törədicinin
aşkar
edilməsi üçün maye, irin, bəlğəm və autopsiya materialları maddələri tədqiq
edilir. Kandidoz və dermatofitlərin kultural diaqnostikası üçün tətbiq edilən mühitdə
yetişir.
Əlverişli amillər –HİV infeksiya, şəkər xəstəliyi, limfosarkoma, limfaqranulematoz
(Hockin xəstəliyi), sarkoidoz, orqanların köçürülməsi, immundepressiv müalicə.
Ötürülmə yolları –tozlu hava; infeksiyanın mexaniki daşıyıcıları – göyərçinlər, tu-
tuquşular, bülbüllər və s.
Klinik gedişli –Müalicəsiz proses xroniki gedişə keçir və illərlə davam edə bilir;
ölüm hallarına səbəb kimi daha çox meninqoensefalit (beyin iltihabı) qeydə alınmışdır.
Lokalizasiya nahiyələri – üz, başın tüklü hissəsi, ağızın selikli qişası.
Klinik şəkli
Ağ ciyər kriptokokkozu klinik və rentgenoloji tədqiqatlar zamanı vərəm, fistullar
və döş qəfəsi perforasiyasının əmələ gəlməsi ilə pnevmaniyanın formalaşmasını xatır-
ladır.
201
Prosesin yayılması zamanı beyin qişası, dəri, sümük iliyi, sidik cinsiyyət orqanlarının
selikli qişası,
prostat vəzi zədələnir, hepatosplenomeqaliya aşkar edilir.
Dəri təzahürləri –düyüncüklər, düyünlər, xoralar, qartmaqlar, qartmaqlar altında
məmcikli artımlar və xırda irinciklər; mərkəzində yumşaq çapıq formalaşmış seroz-i-
rinli ifrazatlı lövhələr. Həmçinin sızanaqlı elementlər, herpesşəkilli və qovucuklu səp-
mələr, fleqmonalar mümkündür.
Differensial diaqnoz –piodermiya, yoluxucu mollyusk ( HİV xəstələrinin üzündə ya-
ranan səpmələr), digər dərin mikozlar, bakterioloji mənşəli fleqmonalar. Vərəm menin-
giti, beyin absesi və şişləri, ensefalitlər. Ağciyər vərəmi, sarkoidoz, bronxoektasiya və s.
Şimali Amerika blastomikozu (Gilkrist blastomikozu) dəri, dərialtı hüceyrələr, ağ-
ciyər və digər daxili orqanlarda irinli, dənəcikli ocaqların yaranması ilə keçən xroniki
dərin mikozdur.
Törədici –Blastomyces dermatitidis Gilchrist, dimorf göbələkdir, toxumalarda maya
hüceyrələri
şəklində özünü göstərir; tumurcuqlanma yolu ilə törəyib artır, təbii saprofit-
dir.
Əlverişli amillər –hüceyrə immunitetinin pozulması, HİV infeksiya (Şimali Amerika
blastomikozun yayılmış forması).
Ötürülmə yolları – tozlu hava; təmasla – dəri zədələnməsi və bu sahəyə törədicinin
yoluxması. Əsasən kənd təsərrüfatı sahəsində işləyən insanlar, həmçinin itlər və atlar
yoluxur.
Klinik gedişi -İlkin ağciyər infeksiyası əlamətsiz keçir. Ağciyər infeksiyası ilə ya-
naşı dəridə səpmələr yaranır. Sümük, prostat vəzi, beyin qişaları, böyrəküstü vəzilər,
qaraciyər zədələnmələri müşahidə olunur.
Lokalizasiya nahiyələri – nadir hallarda –saiddə, üz, əllər, gövdənin simmetrik zə-
dələnməsi, çoxlu sayda ocaqların peyda olmasına rast gəlinir. Təmasla yoluxması zama-
nı ocaq törədicinin daxil olduğu yerdə məhdudlaşır.
Dostları ilə paylaş: