203
Ötürülmə yolları –törədici zədələnmiş dəridən daxil olaraq limfa damarları vasitə-
silə autoinokulyasiya təzahürləri ilə bütün orqanizmə yayılır. Xəstəlik insandan insana
ötürülmür.
Klinik gedişi –Bir neçə il ərzində ocaqların tədricən çoxalması müşahidə edilir.
Lokalizasiya nahiyələri – Baldır, ayaq pəncələri, bəzən də biləklər və döş qəfəsinin
birtərəfli zədələnməsi .
Klinik şəkil
Xromomikozun qabarcıqlı, məməcikli-xoralı və düyünlü formaları aşkar edilmişdir.
Törədicinin yoluxduğu sahədə kiçik qabığı soyulan düyün (qabarcıq) əmələ gəlir, son-
radan (ay və ya illərdən sonra) onun ətrafında oxşar yeni elementlər əmələ gəlir. Zədə
ocağı ziyilvari və sağlam dəri səthli, tədricən böyüyən lövhələri xatırladır. Lövhələr
mərkəzdən başlayaraq sorulur və halqaşəkilli olur. Üzərində gül kələminə bənzər şişlər,
pustulalar, xoralar, “qara nöqtələr”, qanayan qranulemalar yarana bilər. Ocaqlar zədələn-
miş ətrafların fil xəstəliyi əlaməti ilə bütün baldır və ayaq pəncələrini əhatə edə bilər.
Differensial diaqnoz – ziyilli dəri vərəmi, digər dərin mikozlar, üçüncülü aktiv sifilis,
frambeziya, qeyri-yoluxucu qranulemalar, lepramatoz cüzam, dermatofitlər, leyşmani-
oz, dərin piodermiyalar, yastıhüceyrəli dəri xərçəngi.
Sporotrixoz, BXT-10: V42 –dəri, dərialtı piy toxumaları, limfa sistemi və selikli qişa-
ları zədələyən xroniki və ya yarım kəskin gedişli dərin mikozdur. Qaraciyər, böyrəklər
və ağ ciyərlərin zədələnməsi mümkündür. Xəstəliyə təsadüfən rast gəlinir, amma bəzən
epidemiyalara səbəb ola bilir.
Törədici – dimorf Sporothrix schenckii göbələkləri, torpaq, bitkilər və s. məskun-
laşlar. Toxumalarda dairəvi və ya siqara bənzər maya hüceyrələri “məkik”
və yaxud
asteroid cisimlərin –onların toplanmış kütləsi halında olur.
Əlverişli amillər –tropik iqlimli regionlar. Şəkərli diabet, alkoqolizm, HİV infeksiya-
sı, bəd xassəli törəmələr, immunsupressiv müalicə. Xəstəliyə bağbanlar, gülçülər, kənd
təsərrüfatı və meşə işçiləri yoluxur.
Ötürülmə yolları --yoluxma halları dərinin dərin zədələnməsi (tikanlar, tilişkələr,
şüşə qırıntıları), və ya yoluxmuş materialın (visseral –sporotrixoz)
tənəffüs, sorma və
ağız boşluğundan daxil edilməsi zamanı baş verir. Sporotrixozun yoluxmasında ev hey-
vanları infeksiya mənbəyi ola bilər.
Klinik gedişli – dərinin zədələnməsindən sonra inkubasiya dövrü orta hesabla 2-3
həftə çəkə bilər. Ağrı əlamətləri və qızdırma halları müşahidə olunmamışdır. Öz-özünə
müalicə mümkün deyil. Tam müalicə kursundan sonra tez-tez residivləşmə halları qeyd
olunur. HİV infeksiyalı xəstələr müalicəyə qarşı süstlük-torpidlik səciyyəvidir.
lokalizasiya nahiyələri: yaşlılarda əlin til hissəsinin və ya saidin arxası , uşaqlarda
–üz, yayılmış sporotrixozun səpgiləri zamanı ovuclar və ayaq altları intaktdır.
Dostları ilə paylaş: