205
Differensial diaqnoz –vərəm, sarkoidoz, aktinomikoz, eumisetoma, daxili orqanların
parazitar mikozu, parazitar və qeyri-parazitar kistalar, ağciyərin toz fibrozu və s.
Sefalosporioz, BXT -10: V48 –dəri, selikli qişa, oynaq-hərəkət aparatı
və daxili
orqanların dərin mikozudur.
Törədici – mənşəcə Cephalosporium göbələyidir, daha çox Cephalosporium acremo-
nium Corda növünə rast gəlinir; təbii saprofitlərdir.
Əlverişli amillər – müxtəlif dəri zədələnmələri. Orqanizmin müdafiə
xassələrinin
azalması.
Ötürülmə yolları –dəri və selikli qişanın zədələnməsi zamanı.
Gedişi–xroniki.
Lokalizasiya nahiyyələri –dəri, selikli qişalar.
Klinik şəkil
Dermatit və piodermiyanı xatırladır, vezikulo-pustulyoz, eroziya-xoralı və ya qumma
tipli dərin ocaqlar, xoralı-məməcikli, absessli elementlər, misetomalar (“madur pəncə”).
Bir qayda olaraq, daxili orqanların zədələnməsi septikopiemiya ilə müşayiət olur.
Differensial diaqnoz –digər dərin mikozlar, xoralı-məməcikli
piodermiyalar, qum-
moz sifilidlər və s.
Kladosporioz – Əsasən mərkəzi sinir sistemini (beyin) və dəri örtüyünü zədələyən
dərin sistemli mikoz. Xəstəlik yoluxucu deyil. Bəzən sporadik hadisələr qeydə alınmış-
dır.
Törədici –Cladosporium trichoides, Cladosporium mansonii və s.; torpaq və bitki
saprofiti. Göbələk neyrotropdir.
Əlverişli amillər və ötürülmə yolları məlum deyil.
Klinik gedişi –xroniki, törəyən.
Proqnoz –beyin zədələnməsi zamanı proqnoz qeyri-qənaətbəxşdir.
Lokalizasiya nahiyyələri –mərkəzi sinir sistemi (əsasən beyin), nadir hallarda –dəri.
Klinik
şəkil
Mərkəzi sinir sisteminin zədələnməsi zamanı – çoxlu sayda beyin absessləri ilə
əlaqədar baş ağrıları, süstlük, yuxuculluq, titrəmə, hipertoniya.
Ağciyərlərdə kütlələş-
miş absesslərə rast gəlinir.
Səthi dəri zədələnmələri (epidermis) Tinea nigra, keratomycosis palmaris şəklində
keçir.
Differensial diaqnoz – vulqar beyin absessi; baş beyini (mukoroz, kriptokokkoz)
zədələyən digər dərin mikozlar.
Rinosporidioz, BXT -10: V 48-- əsasən isti iqlimli ölkələrdə rast gəlinən
xroniki
dərin mikoz.
Törədici –Rhinosporidium seeberi; törədicinin kulturası alınmayıb.
Əlverişli amillər və ötürülmə yolları – rinosporidioza yoluxan quşların çirkləndirdiyi
düyü sahələri və nohurlarda çalışan insanlarda rast gəlinir.
Klinik gedişi–xroniki.
Lokalizasiya nahiyələri – burun, göz qapaqları, uşaqlıq yolu və ona yaxın sahələrin
selikli qişası.