Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə124/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Dəri təzahürləri xroniki xoralı piodermiyalar və zahiri otitlərə oxşayır . Antibiotik 
dərmanlarla pnevmoniyanın müalicəsi zamanı ağ ciyərlərin mikotik zədələnməsi mey-
dana gəlir. LOR orqanların, mədə-bağırsaq sisteminin mukoroz zədələnmələri, həmçi-
nin prosesin əlavə burun boşluqlarından yayılması nəticəsində meningit-ensefalitin 
ağır formaları qeyd edilmişdir. Göstərilmiş təzahürlər ağır formalı diabet xəstələrı üçün 
səciyyəvidir.
Differensial diaqnoz –digər dərin mikozlar, şiş törəmələr, meningit-ensefalit, pnev-
maniya və s.
Penisilioz, BXT-10: V48—Penicillium mənşəli göbələklərin yoluxdurduğu dırnaq, 
selikli qişa, daxili orqanların zədələnməsi. Xəstəlik yoluxucu deyil.
Törədici –insan dərisi və selikli qişa saprofitləri. Daha çox Penicillium crustaceum 
Fries, Penicillium glaucum Link göbələkləri patogendir.
Əlverişli amillər –orqanizmin immunitetinin aşağı düşməsi; tərəvəz anbarları, pendir 
və antibiotiklərin istehsalat sahələrində çalışanlar.
Ötürülmə yolları –hava, zədələnmiş dəri və ya selikli qişa.
Klinik gedişi –xəstəliyin ümumi ağır gedişli forması və onun qeyri-səmərəli antibi-
otikoterapiyanın nəticəsində xronikidir.
Lokalizasiya nahiyyələri –dəri və selikli qişa, nadir hallarda – ağ ciyər-bronx aparatı 
və baş beyin sistemi.
Klinik şəkil
Dermatitlər, ekzema, xroniki xoralar, xarici otitlər. Selikli qişalar, ağciyər-bronx sis-
teminin, daxili orqanlar, beyin absessinin inkişafı, misetoma kimi zadələnmələrinin eh-
timalı var.
Differensial diaqnoz –digər dərin mikozlar, xroniki dərin piodermalar.
Dərin psevdomikozlar
Aktinomikoz, BXT-10: A42 –Actinomycetales bakteriyalarının səbəb olduğu müxtə-
lif toxuma və orqanların xroniki dənəcikli-irinli zədələnməsi, belə zədələnmələr möh-
kəm, infiltratların, absesslərin, uzun müddət sağalmayan irinli fistulalı yolların əmələ 
gəlməsi ilə müşayiət olunur.
Törədici –Actinomyces israeli, Actinomyces bovis, Actinomyces albus Rossi-Doria, 
Micromonospora pava. Əvvəllər Actinomycetales qəbiləsindən olan bakteriyaları gö-
bələklər aləminə aid edilirdi. Dəri, ağızın selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq 
traktının selikli qişalarının saprofitləridir. 
Əlverişli amillər –orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, xroniki infeksiyalar, 
immunçatışmamazlığı vəziyyəti.
Ötürülmə yolları –aktinomisetlərin fəalliğı nəticəsində əsasən endogen yoluxmalar 
(zədələnmələrdən sonra).
Lokalizasiya nahiyyələri –üz-boyun və ferokal nahiyəsi, qarın və qarın boşluğu 
orqanları, dəri örtüyünün digər hissələri, selikli qişalar.


208

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin