Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə123/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkli
Lokalizasiya nahiyyələrində özlü selikli maddələrlə örtülmüş moruq və ya gül kələ-
mi şəklində məməcikli və polipli artımların əmələ gəlməsi. Bu törəmələrin yeni qan da-
marları ilə zənginləşməsi, onların yüngülcə zədələnərək qanaması xarakterikdir. Poliplər 
inkişaf edərək böyük ölçülərə çatırlar. Dəri zədələnmələri üçün verrukoz hiperkeratotik
törəmələr səciyyəvidir. 
Differensial diaqnoz –polipli elementlər, rinofima, enli və itiuclu kondilomalar . 
Misetoma (eumisetoma, madur pəncəsi, maduromikoz, fikomisetoma) , BXT-10: 
V47 –Xroniki, ocaqlı, qeyri-yoluxucu, tədricən inkişaf edən göbələk xəstəliyidir, dəri, 
dərialtı hüceyrə, fassiya, əzələlər, ətraf nahiyyələrin sümükləri (pəncə, əl), nadir hallar-
da-bədənin digər hissələrini zədələyir. Fil xəstəliyi, ətraflarda şiş törəməli deformasiya-
lar, irinli-ifrazat fislıulların fistulyoz yolların əmələ gəlməsi səciyyəvidir.
Törədici –Pseudallescheria boydii, Madurella grisea,Madurella mycetomatis. Torpaq 
saprofitidir.
Əlverişli amillər – tropik və subtropik iqlimli ölkələrdə yaşayan kənd təsərrüfatı iş-
çiləri, kənd sakinləri. Xəstəliyə səbəb olan amillər kimi şəxsi gigiyenaya əməl edil-
məməsi, ayaqyalın gəzmək, dəri zədələri, hipotrofiyadır.
Ötürülmə yolları –zədə nahiyyələrinə torpaq geofillərinin yoluxması nəticəsində 
ocaqların yaranması.
Klinik gedişi –həftələr, aylar, illər.
Lokalizasiya nahiyyələri –baldır, pəncə və əllərin birtərəfli zədələnməsi; nadir hallar-
da—bədən, bazu önü, baş, budlar, sağrılar.
Klinik şəkil
Törədicinin yoluxduğu sahələrdə palpasiya zamanı ağrıyan düyüncüklər və ya dü-
yünlərin yaranması, titrəmə əlamətləri. Ətrafların ölçüləri böyüyür, şişkinləşir. Düyün 
xoralaşır, irin ifrazı müşahidə olunur. Fistulyoz yolların ətrafında şiş törəmələr meydana 
gəlir. Proses ətraf toxumalara –fassiya, əzələ və sümüklərə yayılır. Limfa düyünlərin 
böyüməsi mümkündür. Uzun müddətli gedişli misetomanın üzərində çapıqlar və irinli 
fistulalar müşahidə edilir.
Differensial diaqnoz – xromomikoz, Şimali Amerika blastomikozu, aktinomisetoma, 
dərin piodermiyalar, yad cisimlər, dermatofitiyalar, leyşmanioz.
Mukoroz, BXT-10: V 48 –dəri, dərialtı hüceyrə, qulaqlar, gözlər və daxili orqanları 
(ağ ciyər-bronx sistemi, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemi, mərkəzi sinir sis-
temi) zədələyən dərin xroniki kifli mikozdur.
Törədici –Mucoraceae fəsiləsindən olan mənşəcə Mucor göbələyi. Təbiət, qida 
məhsulları, havada geniş yayılmışdır.
Əlverişli amillər –şəkər xəstəliyinin ağır formaları; peşə xüsusiyyətli (portağal top-
layanlar).
Ötürülmə yolları - əsasən aerogen yolla.
Klinik gedişi –xroniki.
Lokalizasiya nahiyyələri –dərialtı piy qatı, dırnaq lövhəcikləri və əl dırnağı ətrafı 
yastıqların cəlb edilməsi ilə müxtəlif dəri örtüklərinin zədələnməsi.


207

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin