Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə121/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil 
Sporotrixozun bir neçə növü ayırd edilir:
• 
Dərinin səthi;
• 
“sporotrixozlu şankr”, dərialtı piy toxumasında lokalizasiya olmuş;
• 
Limfatik sporotrixoid;


204
• 
Disseminə olunmuş;
• 
Birgə (yanaşı) gedişli
• 
Sporotrixid;
Səthi dəri sporotrixozu –folikulitlər, sızanaqlar, düyüncüklər, lövhələr, ziyilli,məmə-
cikli və ya psoriazabənzər səpgilər, xoralar, qartmaqlar. Bəzən ağız, burun, əsnək və 
udlağın selikli qişalarının eritematoz –xoralı və məməcikli zədələnmələri mümkündür. 
Lokalizasiya olunmuş dərialtı sporotrixoz (“sporotrixoz şankrlı”) –zədə yerlərində 
bir neçə həftədən sonra ətraf toxumalarda birləşən və xoralaşan düyüncüklər, irincik və 
ya düyünlər meydana gəlir. Element çəhrayı eritema ilə əhatə olunmuşdur. Sporotrixoz 
şankrı – enli əsas üzərində girintili-çıxıntılı kənarları olan ağrılı xoralar formalaşır. Re-
gionaz limfa düyünlərinin iltihabı və böyüməsi aşkar edilir. 
Limfatik sporotrixoid sporotrixozu ( 60% halda)—ilkin ocaqdan infeksiyanın (spo-
rotrixoz şankrı) limfa damarları ilə yayılması nəticəsində yaranır. Limfa damarları bo-
yunca möhkəm yoğun zoğun yanında çoxlu sayda düyünlər, düyüncüklər əmələ gələrək 
sonradan xoralaşırlar.
Disseminə olmuş sporotrixoz infeksiyanın hematogen yolla yayılması nəticəsində 
inkişaf edir. Dəri (çoxlu sayda düyünlər, xoralar, qartmaqlar), oynaqlar, gözlər, beyin 
qişası, daxili orqanlar zədələnir.
Sporotrixidlər –bəzi sporotrixoz hallarında allergik səpgiləri şəklində müşahidə olu-
nur.
Differensial diaqnoz –dəri vərəmi; qeyri-tipik mikobakteriyaların yaratdığı infeksi-
yalar; tülyaremiya; felinoz; birincili sifilis; digər dərin mikozlar; dərin piodermiyalar; 
sibir xorası; leyşmanioz; melioidoz; yad cisimlər; dermatofitlər.
Aspergillez , BXT-10: V 44 – aspergillərin (kif göbələkləri) səbəb olduqları dəri, 
selikli qişa, qulaq, göz,ağciyər, digər daxili orqanların mikotik zədələnməsi. 
Törədici –Aspergillus fumigates, A .flavus , A.Niger və digər göbələkləri. Torpaq və 
bitki saprofitidir, ferment lər , bəzi üzvi turşular və s. tərkibində aspergillərin istifadə 
olunduğu istehsalat müəssisələrinin tozlu havasında aşkar olunur. Aspergil mənbəyi da-
şıyıcıları kimi ev heyvanları və bəzi quşlar (göyərçinlər) hesab edilir. 
Əlverişli amillər –orqanizmin immunbioloji reaktivliyinin aşağı düşməsi, ağır infek-
siyalar (vərəm), onkoloji xəstəliklər (ağciyər xərçəngi) və s.
Ötürülmə yolları – inhalyasiya, endogen; nadir hallarda –zədələnmiş dəri vasitəsilə.
Klinik gedişi –xronikidir, müalicə edilməzsə ağciyər, qaraciyər və böyrəklərin ağır 
zədələnməsinə səbəb olur.
Lokalizasiya nahiyyələri –xarici eşitmə keçəcəyi, sağrıların dərisi, dırnaq plastinka-
ları, buynuz qişası.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin