Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə119/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkli
Ilkin ağ ciyər infeksiyası əlamətsiz keçir, bəzi hallarda qripə bənzər simptomlarla 
müşayiət olunur və pnevmaniya, vərəm, hətta döş qəfəsi perforasiyası xəstəliklərini 
xatırlada bilər. 
Dəri təzahürləri –düyünlü eritema, çoxformalı ekssudativ eritema.
Erkən mərhələlərdə yayılmış infeksiya düuüncükli –irincikli elementlər şəklində
nəzərə çarpır, sonradan coğrafi xəritəyə bənzər çapıqların yaranması ilə uzun müddətli 
davam edən xroniki məmcikli xora zədələnmələri müşahidə edilir. Yoluxmuş xəstələrin 
25%-də ağız, burun və bəzən udlağın selikli qişası zədələnir. Sümük –oynaq sisteminin 
zədələnməsi zamanı fistullu ostiomielitlər, dərialtı absesslər, irinli artritlər əmələ gəlir. 
Sidik-tənasül sisteminin zədələnməsi –prostatitlər, epididimitlər. 
Differensial diaqnoz – yastı hüceyrəli dəri xərçəngi, qanqrenalı piodermiya, göbələk-
vari mikoz ( şiş mərhələsi), ektima , ziyilli dəri vərəmi, aktinomikoz, nokardioz, miseto-
ma, üçüncüli sifilis (qumma), donovanoz , cüzam.
Cənubi Amerika blastomikozu (Braziliya blastomikozu, parakoksidioidoz), BXT-10: 
V41 –yanaq, burun, dəri, limfa düyünləri, müxtəlif daxili orqanların (ağciyər, qaraciyər, 
mədə, dalaq) selikli qişasının cəlb edilməs i ilə davam edən xroniki psixogen mənşəli 


202
dərin sistemli mikozdur.
Törədici –Paracoccidioides brasiliensis, torpaq və bitki saprofiti.
Əlverişli amillər –kənd sakinlərində rast gəlinir.
Ötürülmə yolları –daha çox müxtəlif bitki saplaqları ilə dişlərin təmizlənməsi zamanı 
ağzın selikli qişasının zədələnməsi nəticəsində meydana gəlir. Insandan insana ötürül-
mür.
Klinik gedişi –müalicə olunmasa xəstəlik 3 il ərzində ölümlə nəticələnir.
Lokalizasiya nahiyyələri –ağız, burun, nadir hallarda—düz bağırsaq, gözün konyuk-
tivası və limfa düyünkləri.
Klinik şəkil
Ağız selikli qişasındakı xoralar dilin və səs tellərinin dağılmasına səbəb olur. Prose-
sin dəriyə keçməsi zamanı düyüncüklər, irinçiklər, sürünən məməcikli xoralar əmələ 
gəlir. Prosesə limfa düyünləri, dalaq və ağciyər də qoşulur. Limfa düyünləri irinləyərək 
fistulalar əmələ gətirir və onların ifrazatında göbələklər tapılır. 
Hematogen disseminasiya zamanı sümüklər, ağciyərlər zədələnir. 
Differensial diaqnoz –limfoqranulematoz, koksidioidoz, Şimali Amerika blastomiko-
zu, aktinomikoz və başqa dərin mikozlar.
Keloid blastomikoz (keloid mikoz; Lobo), BXT-10: V48 –xroniki dərin ocaqlı dəri 
mikozudur, zədələnmə nahiyələrində keloid çapıqların əmələ gəlməsi xarakterikdir.
Törədici – Glenosporella lobio göbələyi, Blastomyces dermatitidisə yaxındır. Ətraf 
mühitdə aşkar edilməmişdir.
Əlverişli amillər –Amazon çayı vadisində kauçuk hasil edən fəhlələrdə rast gəlinir. 
Ötürülmə yolları –zədələr, ilan və həşərat sancmaları zamanı.
Klinik gedişi – uzun müddətli (illər), xoş xassəli, ümumi vəziyyətin pozulmaması ilə 
davam edir. 
Lokalizasiya nahiyyələri – üz, qulaq seyvanı, said, baldırların dərisi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin