D e r m a t o m i k o z l a r ı n p r o f i l a k t i k a s ı Son zamanlar dermatomikozların geniş yayılması bu xəstəliklərin ictimai və şəxsi
profilaktik tədbirlərinin keçirilməsini tələb edir. Dermatomikozların ictimai profilakti-
kası – yoluxma hallarının qeydə alınması (əhalinin müxtəlif qrupları arasında, müxtəlif
istehsalatlarda və s.), onun təhlili, xəstələrin, həmçinin xəstəliyin simptomsuz forması
olan şəxslərin fəal aşkarı və vaxtında müalicə. Xüsusi nəzarət qrupuna – uşaq kollektiv-
ləri, hərbi qulluqçular, baytarlıq xidməti, idmançılar, hamam, duşlar, hovuzlar, restoran,
bərbərxana-salonlar, çörəkxana, qaynar sexlər, heyvanxanalar və s. işçiləri aiddir.
Profilaktika tədbirləri – hamam,duş, hovuzların, restoran, bərbərxana və ictimai isti-
fadə yerlərində iş yerinin və avadanlığın müntəzəm dezinfeksiyasi; daşkömür, filiz-mə-
dən, neft sənayesində tozla, qaynar sexlər, toxuculuq sənayesində və s. –həddən artıq
qızdırılma ilə mübarizə. Xalq kütlələrinin sanitar-gigiyenik maarifləndirilməsi istiqamə-
tində tədbirlər keçirilir.
Ailə (kollektiv) üzvlərindən birinin dermatofitə yoluxması zamanı ailənin (kollektiv)
digər üzvlərini, və həmçinin əgər varsa ev heyvanlarının müayinəsi keçirilir. Yaşayış və
iş yerlərinin ikiqat sanitar- anti-epidemik təmizlənməsi (ilk və son) göstərilmişdir. Yataq
ləvazimatlarının, geyim, məişət əşyalarının və s. dezinfeksiyası keçirilir.
Şəxsi profilaktika –ilkin profilaktikanı (şəxsi gigiyena qaydalarına riayət) və ikinci
profilaktikanı ( alt paltarları və yataq camaşırları, baş geyimləri, ayaqqabılar, məişət
əşyalarının dezinfeksiyası) əhatə edir.
D e r m a t o m i k o z l a r ı n m ü a l i c ə s i etiopatogenetik prinsip üzrə aparı-
lır, bu prinsip - etioloji-antimikotik və iltihablı reaksiyanın zəiflədilməsinə, orqanizmin
metabolik və reparativ funksiyasına yönəldilmiş patogenetik müalicənin aparılmasını
nəzərdə tutur.
Məhdud zədə ocaqları ilə müşahidə olunan əlvan dəmrov, qasıq epidermofitiyası,
kandidozlar və dırnaq lövhəciklərinin zədələnməməsi özünü göstərən ayaqların mikozu
zamanı yerli (topik – xarici təsir edən) fəaliyyətli preparatlardan istifadə etmək olar.
Topik preparatlarla müalicənin təsiri olmadıqda, yuxarıda təsvir edilmiş dermatomikoz
formaları, və həmçinin rubrofitiya, mikrosporiya, trixofitiya, ayaqların mikozunda, dır-
naq lövhəciklərinin zədələnmələrində yerli müalicə ilə yanaşı sistemli terapiya aparılır.