Laborator diaqnostika
Dəri testini təcrübəli mütəxəssislər həyata keçirirlər. O, davamlı və ya adekvat tera-
piyanın aparılmasına baxmayaraq residivləşən dermatitlər qeyd olunan şəxslərdə həyata
keçirilir. Dəri testi peşə fəaliyyəti və asudə vaxtlarda kontakda olduğu, həmçinin dəriyə
qulluq vasitələri ilə əlaqədar təmasda olduqları kifayət qədər geniş allergen paneli ilə
aparılır. Əgər dəri testinin aparılması üçün allergenlər dəsti azdırsa və ya onlara xəstənin
peşəsi ilə əlaqədar təmasda olduğu allergenlər daxil deyildirsə, bəzi mühüm allergenlər
çıxarıla bilər.
Dəri testinin düzgün metodikası dermatoloqun qəbuluna 3 dəfə getməyi tələb edir.
Birinci – allergen kimyəvi maddənin müvafiq qatılıqda yeridilməsi üçün, ikinci – testi
kənar etmək, oxumaq və nəticələri təhlil etmək üçün, üçüncü dəfə – gecikmiş reaksiya-
ları yekun qiymətləndirmək məqsədilə. Əgər son mərhələni istisna etsək, allergenlərin
identifikasiyası baş verməyə bilər. Dəri foto-testini fotodermatit tipi üzrə zədələnmələri
olan xəstələrdə aparmaq lazımdır.
Differensial diaqnoz
İrritant kontakt dermatiti (irriant təmas dermatiti zamanı dəri testi həyata keçiril-
mir; klinik şəkli praktik olaraq klinik əlamətlərə görə fərqlənmir – xüsusilə zədələnmiş
ovuclarda). Atopik dermatit (diferensiasiya zamanı zədələnmələrin yayılması tipi kömək
edə bilər, atopik xəstələrdə – təmas allergiyaları baş verə bilər ki, onlar çox tez-tez rast
gəlirlər). Sellulit (şişkinlik və eritema oxşar ola bilər, lakin sellulit adətən ağrılıdır və
qaşınma yoxdur). Birləşdirici toxumanın xəstəliyi (göz qapaqlarının davamlı eriteması;
əsas fərqi – zədələnmiş dəridə qaşınmanın olmaması və dermatomiozit zamanı kutikula-
nın hipertrofiyasının yaranması ehtimalı). Rozasea (eritemanın yayılması, qanın dəriyə
doğru yönəlməsi və göynəmənin olması differensial diaqnozu aparmağa imkan verir).
Müalicə
Sağalmaq üçün allergenlə təmasdan çəkinmək lazımdır. Allergenləri düzgün iden-
tifikasiya etmək vacibdir. Əgər səbəbkar allergen naməlumdursa (bu, çox az hallarda
baş verir), daha sonra müayinə və planlaşdırılmış dəri testini aparmaq üçün müalicəni
başlamaq məsləhət görülür. Həm həkimlər, həm də xəstələr onlar üçün spesifik olan
allergiyanı adətən gec anlayırlar. Xaricə təyin olunan müalicə pasiyentin dəriyə qulluq
üçün istifadə etdikləri hər şeyin minimuma endirilməsi və topik kortikosteroidlərin təyin
edilməsi ilə başlayırlar. Bütün nəmləndirici vasitələr, losyonlar və xaricə işlədilən va-
sitələrin qəbulu, adi vazelin istisna edilməklə, dayandırılır (əgər onun istifadəsi dərinin
quruması zamanı vacibdirsə). Dermatitin müalicəsi məqsədilə kortikosteroid məlhəmi
gündə 2 dəfə 2-3 həftə ərzində təyin olunur.
Kortikosteroidin farmakoloji effektivliyinin seçimi bədənin hansı sahəsinin zədələn-
məsindən asılıdır: zəif kortikosteroidlər üz üçün, orta təsirə malik kortikosteroidlər əllər,
ayaqlar və bədən üçün, yüksək farmakoloji aktivliyə malik kortikosteroidlər isə ovuc və
dabanlar üçün təyin olunur. Krem deyil, kortikosteroid məlhəmin təyin edilməsi daha
218
yaxşısıdır, çünki kremə qatılan əlavələr allergen ola bilər. Allergenlə ehtimal olunan tə-
masdan qaçmaq üçün xəstənin dəriyə qulluq prosedurunu asanlaşdırmaq lazımdır. Müa-
licə vaxtı heç bir xaricə işlədilən vasitəni tətbiq etmək olmaz (adi vazelin və ya təyin
olunmuş kortikosteroid istisna edilməklə). Hidrokortizonu təyin etməmək daha məqsə-
dəuyğundur, belə ki, təmas allergiyası yarana bilər. Ağır və ya generalizə olunmuş təmas
dermatiti zamanı sistem kortikosteroidlərini 3 həftə ərzində kurs dozanı tədricən azalt-
maqla təyin edirlər. Lakin bu preparatlarla təkrar kursun aparılmasına arxalanmaq lazım
deyildir. Bəzi allergenlər (məsələn, saçları rəngləmək üçün boyalarda və kleylərdə olan
kimyəvi maddələr) rezin əlcəklərdən nüfuz edə bilər, ona görə də belə qoruma adekvat
deyildir. Bəzi allergenlər, məsələn, nikel və xrom onlarla təmasdan yayınma cəhdlərinə
baxmayaraq, xronik dermatitlə assosiasiya edir. Xəstələrə potensial allergen kontaktları-
nın mənbəyini ətraflı izah etmək üçün kifayət qədər vaxt ayırmaq lazımdır. Əgər allergen
diaqnostik dəri testi nəticəsində təyin olunmuşsa, allergenlərin siyahısını və onlarla po-
tensial bağlı maddələri diqqətlə öyrənmək lazımdır (xəstəyə hansı vasitələrdən qaçmaq
və potensial allergenlərin əvəz edilməsi üçün hansı alternativ vasitələrin olmasını izah
etmək üçün). Bunların hamısı müalicənin müvəffəqiyyətlə nəticələnməsi baxımından
həyati vacib məsələlərdir.
|