Klinik şəkil Ekzemanın intensivliyi fərdi həssaslıq səviyyəsindən, allergenin qatılığından və an-
tigenin ekspozisiyasının müddətindən asılıdır. Allergik təmas dermatitinin səciyyəvi
əlaməti vezikula, ödem, qızartı və çox vaxt intensiv qaşınma sayılır. Güclü allergenlər,
məsələn, zəhərli sarmaşıq qovuqların əmələ gəlməsinə səbəb olur. Əvvəlcə dermatit yal-
nız birbaşa təmas yerinə yayılır. Əgər bu təmas xronik xarakter daşıyırsa, allergik der-
matit birincili təmas nahiyəsindən kənara yayıla bilər. Qaşınma və ödem anamnezdə ən
başlıca əlamətlərdən sayılır və allergiyanın olmasını göstərir. Sadə irritant dermatit üçün
göynəmə daha səciyyəvi sayılır. Bitkilərlə törədilən dermatit çox vaxt xəttvari yayılma
formasında inkişaf edir. Üzə tətbiq olunan xaricə işlənən preparatlara qarşı allergiya
eritemanın assimmetrik yerləşmiş qaşınan ləkələri ilə təzahür edir. Üz zədələnmələrində
vezikullara nadir rast gəlinir.
Güclü sensibilizatorlar, məsələn, zəhərli sarmaşıq intensiv iltihab törədə bilər (on-
ların konsentrasiyasının az olmasına və ya qısamüddətli təmasa baxmayaraq); zəif sen-
sibilizatorlar yalnız qaşınan eritemaya səbəb olur. Ovuclar, said və üz - allergik təmas
dermatitiin ən səciyyəvi lokalizasiya sahələridir. Allergik təmas dermatiti dərinin çox
məhdud sahələrini, məsələn, kirpikləri, ovcun arxa səthini, dodaqları, daban və ya cin-
siyyət orqanlarını zədələyə bilər. Aeroallergenlər (məsələn, zəhərli sarmaşığın zəhər-
lərini yandırdıqda) üzün (kirpiklər və qulaqarxası dəri də daxil olmaqla), boynun və
bədənin digər açıq sahələrinin dermatitini törədə bilərlər.
Fotoallergik təmas dermatiti səciyyəvi olaraq bədənin açıq sahələrini: üzü, boy-
nu, saidi və ovcun arxa səthini zədələyir. Çənəaltı, yuxarı göz qapaqları və qulaqarxası
sahələr adətən zədələnmir. Peşə allergik təmas dermatiti çox vaxt ovucları zədələyir;
217
allergen hava mənşəli olarsa və ya o, əllərdən üzə dolayı ötürülürsə, üz və göz qapaqları
də zədələnə bilər.