Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə142/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator diaqnostika
Klinik şəkil kifayət qədər aydındır, ona görə də dərinin biopsiyası diaqnozu qoymaq 
üçün nadir hallarda həyata keçirilir. Dərinin biopsiyası dermanın iltihabı və çox vaxt 
ikincili impetiqinizasiya ilə birgə epidermal spongiozun olmasını təsdiqləyir.
Differensial diaqnoz
Differensial diaqnoz digər yarımkəskin ekzematoz dermatozları özündə birləşdirir: 
durğunluq dermatiti, irritant kontakt dermatiti, atopik dermatit, allergik kontakt derma-


225
titi və sellulit. Bir neçə dermatozun əlamətləri eyni vaxtda müşahidə oluna bilər. İkinci 
dermatoz birincili ekzematoz prosesi maskalaya və ağırlaşdıra bilər. İrritant və aller-
gik kontakt dermatiti xəstənin özbaşına müalicəsi nəticəsində də inkişaf edə bilər. Pa-
siyentlərdən zədələnmiş sahələrə hansı vasitələrdən istifadə etdiyini soruşmaq lazımdır. 
Durğunluq dermatiti adətən yaşlı xəstələrdə baldırları zədələyir. Anamnezdə bu zaman 
venoz çatmamazlıq və şişkinlik, həmçinin dərinin qəhvəyi piqmentasiyasının (hemosi-
deroz) olması nəzərə çarpır. 
 Müalicə
Müalicə quru ekzemanın (kəskin, yarımkəskin və ya xronik) mərhələsindən və ilti-
habın dərəcəsindən asılıdır. Kserozun müalicəsi zamanı həssas dəri üçün tədbirlər gö-
rülür, yəni: yalnız yumşaq sabunun istifadə olunması və yumşaldıcı vasitələrin çoxlu 
miqdarda işlədilməsi. Tərkibində konservant olmayan yumşaldıcı vasitə kimi vazelini 
tövsiyə etmək olar (halbuki pasiyentlər onu tətbiq etməyə heç də həmişə razılaşmırlar). 
Tərkibində süd turşusu, sidik cövhəri və ya qlikol turşusu olan yumşaldıcı vasitələr də 
həmçinin faydalı ola bilər. Erkən başlamış iltihab əsasən məlhəm formasında hazırlanan 
orta təsir effektivliyinə malik xaricə kortikosteroidlərlə daha yaxşı müalicə olunur. Müa-
licəni eritema və qabıqlanmanın residiv etməsinə qədər davam etdirmək lazımdır. Emo-
lentlərin çoxlu miqdarda tətbiq olunması residivlərin profilaktikası kimi tətbiq oluna 
bilər. Sakitləşdirici təsirə malik emolentlərin, xüsusilə aromatik əlavələri olmayan, tət-
biq edilməsi daha məqsədə uyğundur. Kəskin ekzematoz prosesin əlamətləri (məsələn, 
sulanma və qartmaqların əmələ gəlməsi) ilə müşayiət olunan lokalizasiyalı residivləri
əvvəlcə kəskin ekzema kimi müalicə etmək lazımdır. Bu mərhələdə pasiyentlər ciddi 
nəzarətə alınmalıdırlar, belə ki, lokalizasiya olunmuş kəskinləşmələr generalizə oluna 
bilərlər. Residivləşən kəskinləşmələr zamanı dermatoloq allergik kontakt dermatitini aş-
kar etmək üçün müayinə aparmalıdır. Burov məhlulunda və krem əsasında hazırlanmış 
orta təsir effektivliyinə malik xaricə kortikosteridlərlə yaş kompreslər yaranın sana-
siyası və iltihabın azaldılması üçün daha effektlidir. Sistem antibiotiləri ikincili impe-
tiqinizasiya zamanı (bunu yapışqan mis rəngli qartmaqların olması xəbər verir) işlədilə 
bilərlər. Sulanma, iltihab və qartmaqların əmələ gəlməsi reqressiya etdikdə yaş komp-
ressləri dayandırmaq lazımdır (zədələnmiş sahələri həddən artıq qurumadan qorumaq 
üçün). Tərkibində orta təsirli (II və ya IV qrup) kortikosteroidlər olan məlhəmləri hipe-
remiya və qabıqlanma qurtarana qədər, təqribən 2-3 həftə istifadə etmək lazımdır. Sonra 
residivləri azaltmaq üçün həssas dəriyə qulluq vasitələri (emolentlər də daxil olmaqla) 
tətbiq edilir. Quru ekzemanın müalicəsində işlədilən sistem kortikosteroidlərini nadir 
hallarda istifadə edirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin