228
antdır. Disulfiramanın («Antabuse» gündə 200
mq 8 həftə ərzində) təyin edilməsi ovucların dis-
hidrotik ekzeması olan
nikelə həssas xəstələrə
kömək edə bilər. Əgər göbələk infeksiyasının
kənarda yerləşən lokalizasiya mənbəyi müəyyən
edilmişsə və KOH ilə müayinənin nəticəsi müs-
bətdirsə, göbələk infeksiyasının ocağını aqressiv
xarici göbələkəleyhinə vasitə (“Ekonazol” və ya
“Terbinafin” kremi 3 həftə ərzində hər gün) ilə
müalicə etmək lazımdır, yaxud sistem göbələk
əleyhinə preparatlar qısa kursla (“Terbinafin”
və ya “İtrakonazol”)
təyin olunur və infeksiya
ocağına müvafiq dozalanma və müalicə müddəti
seçilir. Stresslərin qarşısının alınması və ya ara-
dan qaldırılması müalicəyə kömək edə bilər, belə
ki, bəzi xəstələrin belə hallarda sağalmasına dair
məlumatlar vardır.
Əgər dəri testinin gedişində aşkar olunmuş
allergenlərlə təmasın aradan qaldırılması yaxşılaşmaya gətirib çıxarmırsa və xəstənin
əhvalı ağır olaraq qalırsa, digər terapiya variantlarına su kəməri suyu ilə elektroforez,
botulin toksinin dəri altı yeridilməsi (100-160 MV), metotreksat, azatioprinin həftəlik
aşağı dozaları (nəzarət etmək üçün gün ərzində 100-150 mq, sonra davam edici doza
– gündə 50-100 mq) və xarici şüa terapiyasının aşağı dozalarının verilməsi daxil edilə
bilər.
Dostları ilə paylaş: