230
qneys layları əmələ gəlir. İri büküşlərdə lokalizasiya olunan infeksiyanın disseminasiya-
lı ocaqları psoriazda olan ocaqları xatırladır, lakin onlar daha tez sağalmaya meyllidirlər.
Səpgilər çoxlu miqdarda piy vəzilərinin olması ilə səciyyələnən yerlərdə – üz, ba-
şın tüklü hissəsi, döş, kürəklərarası sahə, iri büküşlərdə əmələ gəlir. Klinik şəkil çox
vaxt iltihablaşmış qırmızımtıl və yüngülcə infiltrasiyalı, qeyri-düzgün sərhədli, sarımtıl
pulcuqlu və hiperemiyalı fonda qartmaqları olan ocaqların yaranması ilə səciyyələnir.
Zədələnmələr ya birləşmiş iri ocaqlar şəklində olub coğrafi xəritəni xatırladır, ya da
dairəvi və dəqiq sərhədlərə malik çoxlu sayda ocaqlar (kəpəkvari dəmrovu xatırladan)
şəklindədir. Güclü subyektiv hissiyyat – qaşınma, göynəmə zamanı ekskoriasiya, çatlar
əmələ gəlir, ikincili infeksiya qoşulur. Piy vəzilərinin axacaqları genişlənmişdir.
Üzdə zədələr çox vaxt burun ətrafı, burun-dodaq büküşlərində, qaşların dərisində
yerləşir. Xəstələrin bir hissəsində günəş şüalarının təsirindən və ya UBŞ-dan sonra əhva-
lın pisləşməsi nəzərə çarpır. Bədəndə adətən tərləmə zamanı pulcuqların kənar edilməsi
nəticəsində infiltrasiya zəif nəzərə çarpır. İri büküşlər – qoltuqaltı, qasıq büküşləri zə-
dələnə bilər, bu zaman klinik şəkil kandidozu və intertriqonu xatırladır.
Başın tüklü hissəsində səpgilər dəqiq məhdud sərhədlərə
malikdir və birləşməyə
meyllidirlər. Bəzən başın tüklü hissəsinin zirehi xatırladan total zədələnmələri müşahi-
də olunur. Ocaqlar ənsəyə, boynun yan sahələrinə, retroaurikulyar sahəyə keçir. Bəzən
retroaurikulyar sahədə uzun müddət sağalmayan çatlar əmələ gəlir ki, onlar da ikincili
infeksiyalaşmaya meyllidirlər. Döşün mərkəzi hissəsində və ya kürəklərin arasında zə-
dələr hipermiyalaşmış infiltrasiyalı ocaqlar şəklini alır.
Seboreya eritrodermiyası seboreya ekzemasının ağırlaşması sayılır və xaricə təyin
olunan müalicəni yaxşı keçirmədikdə və ya kontakt sensibilizasiyasının nəticəsində baş
verir.
Seboreya ekzemasının diaqnostikası çətinlik törətmir və xəstəliyin xarakterik kli-
nik şəklinə əsaslanır. Əsas çətinlik vulqar psoriazın differensial diaqnostikası zamanı,
xüsusilə başın tüklü hissəsinin zədələnmələri zamanı yaranır. Psoriaz zamanı səpgilər
tüklərin artma istiqamətində yerləşir, daha infiltrasiyalıdırlar, qabıqlanma daha qurudur.
Seboreya ekzeması psoriaz zədələnmələrinə nisbətən terapiyaya daha sürətlə həssasdır.
İri büküşlər zədələndikdə kandidozu və ya intertriqonu xatırlamaq lazımdır. Seboreya
eritrodermiyası zamanı Sezari sindromunu istisna etmək məqsədə uyğundur.
Seboreya ekzemasının müalicəsi həm yerli, həm də sistem
xarakterli ola bilər və
xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Residivlərə meylli olduğu üçün müalicə uzun
müddətlidir və seboreyanın korreksiyasına yönəldilir. İltihabəleyhinə və göbələkəley-
hinə terapiya aparılır.
Seboreya ekzemasınını yüngül formalarında səpgilərin hamar dəridə lokalizasiya et-
diyi zaman göbələk əleyhinə preparatların məlhəmi, kremi və ya məhlulu istifadə edilir
ki, o da gündə 1-2 dəfə 2-4 həftə ərzində tətbiq olunur. Üz dərisinin yağsızlaşdırılması
salisil turşusu (2-3%) və ya rezorsin (2%) əlavə edilmiş spirt məhlulu ilə aparılır. Günor-
ta tərkibində kükürd olan kirşan çəkilir. Üz üçün eritromitsin («Zinerit» losyonu) və ya
ketokonazol («Nizoral» kremi) olan vasitələr tövsiyə edilir. Axşamlar quruducu müalicə
təyin olunur: klioxinol (5%) və ya ixtiol (2-5%), həmçinin kükürd (2-5%) ilə birlikdə
sink losyonu. Sulanan ocaqlar brilyant abısının 1%-li sulu məhlulu ilə səylə zərərsizləş-
dirilir.
231
Yerli kortikosteroidlər seboreya ekzemasının ən effektiv müalicə metodlarından biri
sayılır. Kortikosteroidlər güclü iltihabəleyhinə təsirə malikdirlər, lakin onların uzun
müddətli tətbiqi əlavə effektlərlə - dərinin atrofiyası, teleangiektaziya, akne, perioral
dermatitin yaranması ilə müşahidə olunur. Uşaqlarda dəri örtüyünün yüksək nüfuzetmə
qabiliyyətini nəzərə alaraq kortikosteroidləri çox ehtiyatla təyin etmək lazımdır. Üzə
aşağı aktivliyə malik kortikosteroid kremlər –
prednizolon və hiperkortizon təyin olunur.
Başı yumaq üçün
tərkibində keratolitik və
mikrobəleyhinə əlavələr olan seboreya əleyhinə
vasitələr tətbiq edilir: selen sulfidi (selen sulfi-
di olan Vichy Dercos şampunu), salisil turşusu,
qatran («T-gel», «Friderm-Tar»), sink («Friderm
-Zinc»). Lipofil mayayabənzər göbələklərə aktiv
təsir edən (həftədə 2 dəfə) ketokonazolun («Nizo-
ral» şampunu) istifadəsi məsləhət görülür. Tüklər
üçün işlədilən seboreya əleyhinə dəmləmələrin
tərkibində kükürd,
salisil turşusu, rezorsin və
ya qeyri-feminizasiyalı estrogenlər vardır. Qısa-
müddətli effekt üçün qlükokortikoidlərin spirtli
məhlullarının (bəzən qatran əlavə olunmaqla) is-
tifadəsinə göstəriş vardır. Güclü iltihab prosesin-
də halogenizasiyalaşmış qlükokortikoidlər təyin
edilir. Əsas maddə kimi kremlər, losyonlar və ya
gellər təklif olunur.
Xəstəliyin ağır
gedişi kəskin iltihabla və
pulcuqları sıx yerləşmiş ocaqların olması ilə
səciyyələnir, pulcuqları kənar etmək üçün kera-
tolitiklər, məsələn salisil turşusundan və ya daş
kömürün preparatlarından istifadə olunur. Qabıq-
lanmadan sonra yerli göbələk əleyhinə və korti-
kosteroid preparatlar tətbiq edilir. Əlavə olaraq
histaminəleyhinə vasitələr, kalsium preparatları
tövsiyə edilir, bakterial infeksiya qoşulduqda isə
antibiotiklər təyin olunur.
Xaricə təyin olunan terapiya səmərəsiz olduq-
da sistem antimikotik preparatların 1 həftə ərzin-
də daxilə tətbiqinə göstəriş vardır: ketokonazol
(200 mq/sutka), terbinafin (250 mq/sutka), fluko-
nazol (100 mq/sutka), itrakonazol (200 mq/sut-
ka). Daha çox ketokonazolun və itrakonazolun
təsiri öyrənilmişdir. Flukonazol və terbinafin Malassezia qarşı nisbətən az effektivdir,
lakin seboreya ekzemasının müalicəsində ondan da istifadə olunur.
Çox ağır hallarda sebosupressiv
preparatlar təyin olunur, məsələn piy vəzilərinin ak-
tivliyini və ölçüsünü 90%-ə qədər azaldan və həmçinin iltihabəleyhinə təsirə malik
Şək.15.3.Seboreya ekzemasında
səpgilərin üzdə lokalizasiyası
Şək.15.2.Seboreya ekzemasında
səpgilərin tipik lokalizasiyası
232
izotretinoin təyin olunur.
Müəyyən edilmişdir ki, preparatın gün ərzində bədən çəkisinə
görə 0,1-dən 0,3 mq/kq sutkalıq dozada tətbiq edilməsi müalicənin 4-cü həftəsindən
sonra ağır seboreyanın yaxşılaşmasına gətirib çıxarır.
Kompleks terapiyaya histaminəleyhinə preparatlar, multivitaminlər, sedativ vasitələr,
mədə-bağırsaq yolunun funksiyasını normallaşdırmaq üçün işlədilən preparatlar, ikincili
infeksiya qoşulduqda isə antibakterial vasitələr və eubiotiklər daxil edilir.
Dostları ilə paylaş: