SİKKƏYƏBƏNZƏR EKZEMA
Sikkəyəbənzər (numulyar) ekzema - çox vaxt generalizə olunan, güclü qaşınan, da-
irəvi (sikkəyəbənzər) ekzematoz iltihabi ocaqları olması ilə səciyyələnir. Böyüklər daha
çox, kişilər qadınlara nisbətən tez-tez xəstələnirlər. Xəstəlik tədricən, ağırlaşma olmadan
başlayır və anamnezdə ekzema haqqında məlumat verilmir. Sikkəyəbənzər ekzema çox
vaxt ayaqlarda bir neçə izolyasiya olunmuş ocaqlardan başlayır; müəyyən müddətdən
sonra qeyri-spesifik lokalizasiyalı çoxlu sayda ocaqlar əmələ gəlir. Ocaqlar çox vaxt
226
topik kortikosteroidlərin tətbiqindən sonra sağalır və ya yaxşılaşırlar, lakin onların isti-
fadəsini dayandırıqdan sonra əvvəlki yerlərində əmələ gəlir.
Klinik şəkil
Dəqiq sərhədlərə malikdirlər, qabıq verirlər, bədəndə və ətraflarda dairəvi ekzematoz
lövhələr əmələ gəlir. Ocaqların sulanması və vezikulyasiyası xəstəliyin kəskinləşməsi
üçün səciyyəvidir. İkincili infeksiya xəstəliyin kəskinləşməsini provokasiya edə bilər.
Qartmaqlar mis-sarı rəngdədir – onlar ikincili impetiqinizasiyanın olmasını göstərir.
Bu, müalicəyə çətin tabe olan formalardan biridir. Xəstəliyin gedişi fasiləli və qey-
ri-müəyyəndir. Bu vəziyyət bir neçə il ərzində xronik və residivləşən xarakter ala bilər.
Formalaşmış ocaqlar öz ölçülərini saxlamaq və əvvəllər zədələnmiş dəridə residiv ver-
mək xüsusiyyətini saxlayır.
Laborator diaqnostika
Dəri testi 1/3 hallarda müsbət nəticə verir. Əkmə zamanı Staphylococcus aureus aş-
kar edilə bilər. Antibakterial müalicə adətən təsir göstərir, lakin çox vaxt remissiyaya
gətirib çıxarmır.
Differensial diaqnoz
Psoriaz (çox vaxt gümüşü pulcuqlarla birgə daha simmetrik və “coğrafi” yayılma
xarakterlidir). Göbələk infekesiyası (ocaqlar mərkəzdə reqressiya edir və periferiya bo-
yunca qabıqlanır; KON ilə müayinələr differensial diaqnozun aparılması zamanı kömək
edir). Aşağı ətraflarda dəri T-hüceyrəli limfoması (onu sikkəyəbənzər ekzema kimi qə-
bul etmək olar; biopsiya diaqnozu inkar etməyə imkan verir).
Müalicə
Xaricə təyin olunan bütün lazımsız nəmləndirici preparatların, daxilə qəbul edilən
dərman preparatlarının, pəhriz əlavələrinin və bitki mənşəli preparatların istifadəsini
dayandırmaq lazımdır (minimum 3-4 ay). Dabanların mikozu zamanı müayinələrin apa-
rılması vacibdir; göbələk infeksiyası olduqda müalicəni göbələkəleyhinə preparatlarla
həyata keçirirlər, belə ki, bəzən generalizə olunmuş sikkəyəbənzər ekzema göbələk in-
feksiyasına qarşı yaranmış “id”-reaksiya ola bilər. Orta təsir effektivliyinə malik topik
steroidləri və yumşaldıcı vasitələri aqressiv şəkildə tətbiq etmək lazımdır. Topik steroidi
zədələnmiş dəriyə gündə 2 dəfə 2-3 həftə ərzində sürtürlər. Müalicəni 1 həftə və ya
ocaqların sağalması üçün lazım olan müddətdən bir qədər çox davam etdirmək məqsə-
dəuyğundur. Topik steroidin effektivliyi polietilen plyonka və ya sauna üçün olan xüsusi
geyim altında aparılan okklüziya zamanı, həmçinin topik steroid yeritməzdən əvvəl də-
rini nəmləndirən vanna qəbul etdikdə və ya hər iki metoddan istifadə etdikdə güclənir.
İkincili infeksiyanı sistem stafilokok əleyhinə antibiotiklərlə (məsələn, sefaleksin
250 mq dozada gündə 4 dəfə) müalicə edirlər. Qaşınma zamanı histaminəleyhinə pre-
paratlar təyin olunur. Uzunmüddətli müalicə məqsədilə sistem steroidləri tətbiq edilmir.
Əgər xarici terapiya səmərəsiz olmuşsa, fototerapiya ocaqların sağalmasına kömək edə
bilər. Qısa və geniş spektrli ultrabənövşəyi B fototerapiya üçün yararlıdır; əgər ultra-
bənövşəyi B səmərəsiz olmuşsa, ultrabənövşəyi A ilə birgə psoralen tətbiq edilə bilər.
|