Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə151/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri əlamətləri
• 
Yastı ziyillər tipində səpgilər – bunlar epidermal papulalar olub hüceyrə epiteli-
sinin proliferasiyası nəticəsində əmələ gəlir;
• 
Vulqar ziyillər tipi üzrə səpgilər – hüceyrə epitelisinin proliferasiyası və der-
manın məməciklərinin böyüməsi sayəsində (birincili elementin – epidermal-dermal pa-


237
pulaların əmələ gəlməsi ilə bərabər) inkişaf edir. Klinik olaraq gilənar böyüklüyündə, 
özündən sonra çapıqlar qoyan iri vulqar ziyillər aşkar edilir.
Differensial diaqnoz
Verrusiformalı epidermodisplaziya – yalnız açıq sahələr zədələnir, autosom-resessiv 
tip üzrə irsən ötürülür. Klinik olaraq ziyil-papulalar, sarı-qəhvəyi rəngli lövhələr aşkar 
edilir. Xəstələrin yaşı 25-dən yuxarıdır.
Papillomalar - sürətlə böyümə, ağrılı olması səciyyəvidir, xoralaşır və bəzən epiteli-
omalara çevrilirlər.
Sağıcıların düyüncükləri – sağıcılarda, zootexniklərdə, baytar həkimlərdə inək çiçəyi 
ilə yoluxmuş xəstə inəklərlə kontakt zamanı baş verir. Lokalizasiya – barmaqlar, əllərin 
arxa səthi, ovuclar, mil-bilək oynağı, said. Klinik olaraq noxud böyüklüyündə mərkəzi 
batmış, ağrısız, dairəvi bərk papulalar müəyyən olunur, 1-2 aydan sonra öz-özünə itirlər.
Peşə kandidozu – qənnadı, tərəvəz anbarlarının işçilərində (yetişmiş tərəvəz və mey-
vələr, dəriyə alma, limon və süd turşusunun təsiri) əl barmaqlarının arasında inkişaf edir.
Düzgün diaqnozun qoyulması meyarları
1. Müəyyən istehsalat amili ilə əlaqənin təyin edilməsi.
2. Bədənin açıq sahələrində lokalizasiyası.
3. Güman edilən qıcıqlandırıcılarla müsbət dəri sınaqları.
4. Eyni şəraitdə işləyən fəhlələr arasında oxşar xəstəliyin olması.
Müalicə
Peşə dermatozlarının müalicəsi analoji dəri xəstəliklərinin müalicəsindən fərqlənmir.
Profilaktika
1. Dərinin zərərli maddələrdən qorunması.
2. İstehsalatın mexanikləşdirilməsi, avtomatlaşdırılması, hermetikliyi.
3. Havalandırmanın sanitar-texniki şərtləri, xüsusi geyim, su çanaqları, duşlar və s.
4. Sanitar-maarifləndirmə işi.
5. Qoruyucu vasitələrin (işdən əvvəl dəri sahələrinə çəkilən məlhəmlər, pasta, 
kremlər) tətbiq olunması:
• 
sulu məhlullarla təmas zamanı silikon kremindən istifadə edilir ki, o, əlləri su-
yun zərərli təsirindən qoruyur;
• 
üzvi maddələrlə təmas zamanı bioloji əlcəklər və ya kazein məhlulundan (spirt-
də həll olunmuş kazein) istifadə edilir;
• 
epoksid kleyi, qatranla təmas zamanı onları kənar etmək üçün 960 spirt işlədilir.
6. Fəhlələrin peşə seçimi dəri sınaqlarının aparılması ilə həyata keçirilməlidir.
Əgər zərərli maddəni əvəz etmək, texniki prosesi mexanikləşdirmək mümkün deyilsə 
və qoruyucu vasitələr kömək etmirsə, onda peşə seçimi aparılır. Bu məqsədlə işə qəbul 
edilən şəxsə istehsalat qıcıqlandırıcıları ilə dəri sınaqları qoyurlar. Əgər dəri sınağı mən-
fidirsə, fəhlə bu istehsalat sahəsinə işə qəbul edilir.


238

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin