235
•
mənzilin gigiyenasına riayət olunması;
•
uşağın sağlam həyat rejimi;
•
allerqodermatozların antenatal profilaktikası (gələcək ananın qidalanma rejimi
üzrə
tövsiyələr; toksikozlar zamanı tibbi yardım);
•
mama-pediatriya şuraları. İkincili profilaktika.
•
«risk» qrupuna aid olan uşaqların erkən aşkar edilməsi;
•
onların tam dispanserizasiyası;
•
kompleks məsləhət və terapevtik yardım;
•
səmərəli xarici terapiya.
236
XVI
FƏSİL
. ДЯРИНИН ПЕШЯ ХЯСТЯЛИКЛЯРИ
Peşə dermatozları peşə patologiyasının 80%-ni təşkil
edir və müxtəlif istehsalat
amillərinin zərərli təsiri nəticəsində baş verir.
Peşə dermatatozlarına ilk dəfə istehsalat şəraitində meydana çıxan dəri xəstəlikləri
aiddir. Əgər xəstəlik istehsalatda işləyənə qədər inkişaf etmişsə, istehsalat amillərinin
təsiri altında kəskinləşir və residivlər verirsə, belə xəstəlik peşə xəstəliyi sayılmır.
İstehsalat
amilləri
1. Kimyəvi (əsas) qıcıqlandıırıcılar - turşular, qələvilər, skipidar, sintetik və epok-
sid qatranı, şüşə liflər, sintetik boyalar və laklar, nikel, xlor, civə birləşmələri, sement,
formalin, kimyəvi maddələr, streptomitsin və novokain.
2. Fiziki amillər –
radioaktiv izotoplar, rentgen şüaları, ultrabənövşəyi şüalar,
mexaniki və termiki amillər.
3. Bəzi infeksiyalar –
inək çiçəyi virusu, Candida cinsi göbələkləri.
Klinik formalar
1. Sadə (təmas) peşə dermatiti sadə təmas qeyri-peşə
dermatitindən heç nə ilə
fərqlənmir, lakin istehsalat şəraitində baş verir.
2. Peşə allergik dermatiti qeyri-peşə allergik dermatitindən heç nə ilə fərqlənmir,
lakin istehsalat şəraitində baş verir.
3. Peşə fotodermatozları – istehsalat şəraitində fotodinamik maddələrin (asfalt,
hudron, qatran, kreozot yağı) təsiri altında meydana çıxan fotosensibilizasiyadır.
4. Peşə ekzeması adi ekzemadan fərqlənmir, lakin allergenin təsiri istehsalat pro-
sesi ilə bağlıdır.
5. Peşə follikulitləri hudron, qatran, yağlar, kerosinlə işləyərkən inkişaf edir. Yağ-
lar və kerosin dərinin qıcıqlanmasına və iltihabi follikulitlərin – tükün ətrafında qırmızı
papulaların yaranmasına səbəb olur. Hudron və qatran hüceyrə epitelisinin proliferasi-
yasına və buynuz follikulitlərin əmələ gəlməsinə gətirib çıxarır – bunlar tükün ətrafında
yerləşən bərk epidermal papulalar olub buynuz qatdan törənmişlər və tünd-qırmızı rəng-
dədirlər. Lokalizasiyası – çox vaxt baldır,
az hallarda said, bəzən gövdədir.
6. Peşə xoraları turşular, qələvilər (soda), sian birlşəmələri ilə təmas zamanı qeyd
olunur. Lokalizasiya – epidermisin zədələndiyi yerlərdə əllərin arxa səthi, ovuclardır.
Xoralar kiçik, xırda, qeyri-dərin, az ağrılıdır. Bəzən çoxlu sayda xoralar ola bilər ki,
onlar tünd qartmaqla örtülmüşdür («quş gözü» simptomu).
7. Peşə hiperkeratozları və papillomatozları tərkibində kanserogen maddələr olan
məhsullarla uzun müddətli təmas zamanı meydana çıxır. Bunlar daş kömür qatranı, sin-
tetik qatranlar, hudron və s. Lokalizasiyası – yuxarı və aşağı ətraflardır.
Xəstəlik bu
maddələrlə təmasdan 10-15 il sonra təzahür edir.
Dostları ilə paylaş: