Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə149/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə-pəhriz tövsiyələri
Düzgün təyin olunan pəhriz qeyri-spesifik desensibilizasiya təsiri göstərə bilər və 
uşağın vəziyyətini yaxşılaşdırmağa kömək edir. Kəskin ekzema zamanı ilk 3 sutka 
ərzində ciddi süd pəhrizi lazımdır. İstiotlu yeməklər, şirniyyat, yumurta, kofe, çay və 
içərisində alkoqol olan içkilər qadağan edilir. Qidadan həmin uşaq üçün allergen olan 
məhsullar çıxarılır (eliminasiya pəhrizi). Uşağın qidalanması həzm orqanlarının aşkar 
edilmiş xəstəlikləri və ekzemanın forması nəzərə alınmaqla tərtib olunmalıdır. Belə ki, 
həqiqi ekzema zamanı uşaqlarda lipostaz güclənir və zülal çatmamazlığı kəskin nəzərə 
çarpır, ekzemanın seboreya formasında isə lipoliz və disproteinemiya müşahidə olunur. 
Ona görə də I qrup uşaqlara heyvani və bitki yağları ilə zəngin və zülalın miqdarı 10-
12%-ə çatan pəhriz tövsiyə olunur, II qrup uşaqlara isə bitki yağlarının istifadəsi artırılır. 
İşlədilən karbohidratların miqdarı hipoallergik meyvə və tərəvəzlərin hesabına kompen-
sasiya olunur. Uşaqların qidasına ksilit mütləq əlavə edilməlidir, onun sayəsində şəkərin 
işlədilməsi azalır və kəskin xolesistokinetik təsir özünü biruzə verir.
Ümumi terapiyanın prinsipləri
1. Müalicənin mərhələli və fasiləsiz olması (stasionar- poliklinika- sanatoriya).
2. Müalicə sxemlərinin tərtib olunması zamanı kompleks və fərdi yanaşma.
3. LOR-orqanlarda (tonzillit, haymorit, otit), həzm orqanlarında (xronik pankrea-
tit, bağırsağın disbakteriozu), bronx-ağciyər sistemində, sidik yollarında xronik infeksi-
ya ocaqlarının mütləq sanasiyası.
4. Antibiotikləri ehtiyatla və yalnız mütləq göstərişlər olduqda stasionar şəraitində 
təyin etməli.
5. Dezintoksikasiya terapiyası, allergenlərin eliminasiyası əsasən uşaqlarda ekze-
manın disseminasiyalı yayılması qeyd olunan infeksiya ocaqlarının sanasiyası ilə paralel 
şəkildə aparılır.
6. Dehelmintizasiya ekzema əlamətləri olduqda aparılmalıdır.
7. Orqanizmin qeyri-spesifik hiposensibilizasiyasına, II-IV sinif histaminəleyhinə 
preparatların və s. təyin olunmasına göstəriş vardır.
Yerli terapiyanın prinsipləri
1. Xarici terapiya ekzematoz prosesin mərhələsi (kəskinləşmə, remissiya) nəzərə 
alınmaqla təyin olunur.
2. Yerli terapiya ekzemanın klinik forması nəzərə alınmaqla aparılır.
3. Xarici qlükokortikoidlər (prednizolon və ya hidrokortizon məlhəmi, «Elokom»
və ya «Apulein» kremi, məlhəmi) dəri örtüyünün məhdud zədələnmə sahələrinə 10 
gündən az olmayaraq tətbiq edilir.
4. Xarici müalicə vasitəsinin (islatma, sarğılar və s.) işlədilməsi metodikasının cid-
di gözlənilməsi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin