Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə157/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   446
DERMATOLOGİYA-dərslik 1

İrsiyyət tipi
İrsiyyət bütün detallarla tam aydın deyil, ayrıca bir genlə əlaqəsi yoxdur. HLA-sis-
temində təsiri müəyyən edilməmişdir.Valideyinlərdən birində atopiya vardırsa, övladın 
xəstələnəmsi 25 – 30 % təşkil edir. Poligen irsi verilmə tipli olması ehtimal olunur. İr-
sən keçən konkret olaraq atopik xəstəlik yox, müxtəlif sistemlərin atopik reaksiyasıdır. 
Təxminən 60 – 70 % xəstələrin ailə anamnezində müsbət atopiya mövcuddur. Buna görə 
də dəqiq yığılmış ailə və individual anamnezlər atopik dermatitin təyini üçün mühiüm 
diaqnostik əhəmiyyət kəsb edir. İrsi meyillikdən əlavə ekzogen faktorlarında rolu var. 
Tənəffüs yollarının və ya bağırsağın atopik xəstəliyinə təhrik edən ətraf mühit faktorla-
rından nəinki inqalyasion (ev tozunda olan gənələr, bitkilərin tozcuğu, heyvan yunu) və 
ya qida (yumurta, balıq, konservantlar,süd zülalı və.s.) allergrnləri, həmdə parallel gedən 


250
psixovegetativ və psixosomatik dəyişiklərində rolu böyükdür.
Təxminən 30% hallarda vulqar ixtioz, daha artıq tezliklə dəri quruluğu (asteaatoz, 
sebostaz), lipidlərin tərkibinin dəyişməsi, dərinin su keçiricilik qabiliyyətinin artması 
(bariyer funktsiyasının pozulması) qeyd olunur. Tez – tez atopik dermatitli xəstələrdə 
vitiliqo müşahidə olunur, ocaqlı dazlığın isə proqnozu qeyri-qənaətbəxş olur (alopetsia-
nın ayopik tipi). Eyni zamanda, nisbətən nadir hallarda cavan şəxslərdə göz anomaliya-
larından atopik katarakta, əsasən keratokonusa təsadüf olunur. Dishidroz (alopesiyanın 
atopik tipi) ovucların dishidrotik ekzeması və urtikariya ilə əlaqələr müşahidə olunur. 
Miqren ilə əlaqəsi diskusiya olunur, lakin bu o qədərdə dəqiq deyil.
Etiologiya
Atopik dermatitin səbəbi bu günə kimi tam aydın deyil. Xüsusən nə üçün xəstəlik 
körpə yaşlarda başlayır və müxtəlif insanlarda fərqli gedişata malik olur. Mahiyyətcə 
uşaq yaşlarında atopik dermatit iltihabi – ekssudativ ekzemanın (hiperemiya, qovuqcuq-
lar, qartmaq) gedişatı ilə, daha sonralar klinik gedişində iltihabi – proliferativ və dərinin 
ekskoriyasiyaları ilə bağlı kobudlaşması müşahidə olunur (lixenoid papulalar, lixenifi-
kasiya və pruriginoz papulalar). Bu makro və mikromorfoloji substratların təkcə təcili ip 
allergik o cümlədən qan zrdabında İgE-artması ilə əlaqələndirmək olmaz, müəyyən rolu 
eyni zamanda gecikmiş ekzematoz tipli hüceyrə reaksiyası da oynayır.
Atopik dermatitin dəqiq səbəbi bilinmədiyi üçün iki nəzəriyyə təklif olunur: immun-
loji hipotez və beta-adrenergik reseptorların blokadası hipotezi. İmmunoloji nəzəriy-
yələri təsdiq edən bir neçə fakt mövcuddur: atopik dermatitin başqa allergik xəstəlik-
lərlə assosiasiya tezliyi; qan zərdabında İgE göstəricisinin kifayət qədər artması; geniş 
spektrli dəri testlərinin müsbət reaksiyası;virus və göbələk infeksiyalarına meyllilik, im-
mundefisit xəstəlikləri ilə yanaşı gediş.
Beta-adrenergik reseptorların blokada nəzəriyyəsi bununla bağlıdır ki, beta-resptor-
ların disfunksiyası hiperaktivliyi əmələ gətirir, bunun da təkanverici mexanizmi kimi 
müxtəlif stimullar ola bilər: fiziki,immunloji,infeksion,kimyəvi və psixi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin