Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə165/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   446
DERMATOLOGİYA-dərslik 1

İkincili göbələk infeksiyası.
Maraqlıdır ki, o çox nadir hallarda rast gəlinir, derma-
tomikoz şəklində olan fiqurlu eritematoz skvamoz səpgilər qlükokortikoid terapiyasına 
tabe olmayan zaman əsasən böyüklərdə müşahidə olunur. Hal-hazırda başın tüklü hissəsi 
və boyunun arxasında atopik dermatitində Malassezia spp.-ya olan kontakt allergiyanın 
patogenetik rolu tez-tez müzakirə olunur. Bu sahədə atopik dermatitin gedişinin pisləş-
məsinin səbəbi Malassezia spp sayılır. Yuxarıda qeyd olunanların xeyrinə olaraq, keto-
konozol (nizoral) ilə uğurlu yerli müalicə təqdirə layiqdir.
Dəridə zədələnmənin yayılmasına görə: lokalizə olunmuş zədələnmə (dirsək və diz 
büküşlərinin məhdudlaşmış zədələnməsi, yaxud əl və biləkdə, perioral lixenifikasiya);-
yayılmış zədələnmə; universal zədələnmə (eritrodermiya) aid edilir.
Ağırlıq dərəcəsini nəzərə alaraq (ağır, orta ağır, nisbətən zəif) atopik dermatiti dəri 
zədələnməsinin yayılması, xəstəliyin müddəti, residivlərin tez-tez təkrar olunması və 
remissiyaların davamllıığı ilə fərqləndirirlər.
Atopik dermatitdə kəskinləşməni törədən vacib provokasiya faktorları: quru dəri, isti 
hava, tərləmə, soyuq,fiziki çalışmalar, temperaturun enmə və yüksəlməsi, infeksiyalar, 
allergik kontakt dermatiti, həyacan, stress, qida allergiyası, aeroallergen, qaşınmalar, 
eyni zamandayanaşı gedən gedən xəstəliklər (qoturluq) sayılır.
Histopatologiya
Xəstəliyin histopatoloji şəkli onun növündən asılıdır.Allergik dermatitdə olan spon-
gioz və spongiozlu qovuqlar, hiper və parakeratozla ,başlanan akantoz, eləcədə limfosit 
və ekzositozla olan qistiositlərdən ibarət dermal perivaskulyar infiltratlar kimi əlamət-
lərə, ekssudativ ocaqlar olduqda, südəmər dövründə də rast gəlinir. Lixenifikasiyalı 
ocaqlarda epidermis akantotik olaraq 3-5 dəfə qalınlaşıb və buynuzlaşma pozğunluğu 
(hiperkeratoz) qeyd olunur; papillyar cism hipertrofikdir və iltihablı hüceyrələrlə (lım-
fosit, histiosit) doludur . Nəzərə çarpan , psoriazda olduğu kimi, çoxlu miqdarda tosqun 
hüceyrələrin olmasıdır,bu da xroniki lixenifikasiyalı ocaqlarda histaminin yüksək oldu-
ğu kimi izah olunur.
Diaqnostika
Atopik dermatitin ( Hanifin J.M., Raika G., 1980) diaqnozunun qoyulmasında 
köməkçı olan iki qrup diaqnostik kriteriya ayrılıb ( əsas, yaxud vacib, və əlavə, yaxud 
ikincili əlamətlər) 


258

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin