256
rici qaşınma narahat edir. Dırnaq lövhəcikləri hamar sürtülmüş,parıltılı olur. Xəstəlik
şiddətlənən zaman qaşınmalar olan yerlərdə sıyrıntı, çat və eroziyalar əmələ gəlir. Çox
hallarda dermatozun gedişatı piogen infeksiya, sonra isə regionar limfadenit ilə ağırlaşır.
Atopik dermatitin bu formasında tez-tez üzü və boyunu əhatə edən eritrodermiya qeyd
olunur.
Atopik dermatitin pruriqoya bənzər forması lixenifikasiya olunmuş, uclarında sərt
örtüklü xırda qovucuqlu çox sayda izolyasiya olunmuş səpgilər, sıx şişkin papulalarla
xarakterizə olunur. Çox hallarda səpgi ətrafların açılan nahiyəsində, eləcədə yanda və
bədəndə olur. Xəstələrin dərisində dərin ekskoriasiya,qasınma olan yerlərdə atrofik ça-
pıqlara rast gəlinir.
Eyni zamanda olan simptomlar. Allergik kon-
yunktivit, allergik rinit, ot qızdırması, və yaxud
allergik bronxial astma. Bu xəstəliklərə əksər
hallarda 30-50% atopik dermatiti olan pasiyent-
lərdə və çox vaxt uşaqlıq dövründən sonra rast
gəlinir.
Göz xəstəlikləri. Onlar neyrodermik katarak-
ta, keratokonus, yaxud neallergik keratokonyunk-
tivit şəklində üzə çıxa bilər. Eləcədə izolyasiya
olunmuş atopik blefarit də ola bilər. Katarakta az
müşahidə olunur(<5%) tez-tez uşaqlar və yeni-
yetmələrdə rast gəlinir. Hərdən Ablatio retinde-
təsvir edirlər.
İnfraorbital qırışların böyüməsi (Den-
ni-Morqan xətti, Denni-Morqanın infraorbital qı-
rışı)-atopik dermatitin vacib göstəricisidir;atopik
dermatit zamanı atopik qırışlar 70% təşkil edirlər.
Dostları ilə paylaş: