Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Mərkəzi elektroanalgeziya (M EAN)



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə171/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   446
DERMATOLOGİYA-dərslik 1

Mərkəzi elektroanalgeziya (M EAN)
– impuls cərəyanlarla dəridən elektrosti-
mulyasiya yolu ilə elektroterapiya və elektrotrankvilizasiya vasitəsilə aparılır. Bu üsul 
nevrozabənzər halları olan atopik dermatitli xəstələrdə istifadə olunur. Mərkəzi elekt-
roanalgeziya ilə toxumanın polyarizasiyasına (qütbləşməsi) və elektrik keçiriciliyinin
dəyişməsinə nail olunur ki, bu da MSS stabilləşməsinə şərait yaradır. İmpuls təsiri “Le-
nor” aparatı ilə elektrodların alın-boyun vəziyyətində, tezliyi 800dən 1000 hs-ə, impuls 
müddəti 0,1dən 0,5ms-ə və cərrəyanın orta göstəricisi 0,6dan 1,6ma qədər aparılır. Pros-
sedurların müddəti 40 dəq. ilə məhdudlaşır, müalicə kursu gündəlik olaraq 10-15 pros-
sedur təşkil edir. 
Aşağı enerjili lazer şualanması. 
Aşağı intensivliyi olan lazer şualanması “Uzor” 
aparatı ilə aparılır: impuls rejimi 2 Bt, impulsların tezliyi 3000 hs, dalğanın uzunluğu 
0,89 mkm. Müalicə kursu gündəlik olaraq 12-15 prosedur təşkil edir. 
Müalicəvi aclıq (yük azaldıcı;”yüngülləşdirici”-pəhriz terapiya).
Bu üsul çəkisi 
artıq olan, xəstəliyin başqa növ terapiyalara rezistentliyi, eləcə də yanaşı mədə-bağırsaq 
patologiyası olan pasiyentlərə göstərişdir. Yük-azaldıcı pəhriz terapiya 28-30 gün müd-
dətində davam edir (Y.S.Nikolayevin üsulu). Yük-azaldıcı müddət 14-15 gün ərzindədir, 
bu zaman qidadan tam imtina edən xəstələrə gündəlik olaraq imalələr təyin edilir, sutka-
da 3 litr mineral suyun qəbulu, gündəlik duş qəbulundan sonra yumşaldıcı kremlərin tət-
biqi nəzərdə tutulur. 14-15 günlük bərpa mərhələsi ilk günlərdə meyvə şirələri, sonralar 
əzilmiş meyvə-tərəvəz, bundan sonra xüsusi südlü-bitkili pəhrizə keçməkdir. Gələcəkdə 
alınmış effekti saxlamaq üçün ciddi hipoallergen pəhriz məsləhət görülür.Yüngülləş-
dirici-pəhriz acliq prosesinin özünün təmizləyici təsiri,orqanizmdən sirkulyasiya edən 
immun komplekslərin ,allergenlərin,toksinlərin yuyulması, mədə-bağirsaq sistemə sa-
nasiyaedici təsirindən ibarətdir. Ürək-damar parologiyasi olan şəxslərə müalicəvi aclıq 
əks göstərişdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin