260
•
Otolarinqoloq
•
Psixonevroloq
•
Endokrinoloq
allergenlərdən asılılığı olmayan kəskinləşmələr; lokal zədələnmələr, zədələnmiş
ocaqda 3 zonanın olması; mərkəzi lifenikasiya, lixenoid-populyoz səpgilər və disxromik
zonalar; yanaşı gedən xəstəliklərin dəri səpgilərindən əvvəl yaranması; qan zərdabında
ümumi İqE miqdarı normadadır; dəri sınaqları mənfidir.
Qırmızı yastı dəmrovda göbələyəbənzər mərkəzi batmış, bənövşəyi rəngdə, səthi pa-
rıltılı olan tipik papulalar mövcud olur; ağımtıl-bozumtul Uikhem toru şəklində nöqtə və
zolaqlar xarakterikdir; selikli qişaların zədələnməsi müşahidə olunur.
Hebranın pruriqosu olan xəstələrdə papulalar ətrafların açıcı səthlərində yerləşir; ele-
mentlər bir-birindən izolyasiya olunurlar; limfatik düyünlər böyümüş olur; anamnezdə
atopiya yoxdur.
Göbələyəbənzər mikozda lixenifikasiya ocaqları nəzərə az çarpır, ilin yay fəslində
remissiyalar baş vermir.
Xroniki ekzema üçün səpgilərin polimorfizmi, vezikula, sulanma, qırmızı dermoqra-
fizm xarakterikdir.
Müalicə
Atopik dermatitin kompleks terapiyası aşağıda sadalanan tədbirləri daxil edir: hi-
poallergen pəhriz (xüsusən uşaqlarda); medikomentoz müalicə; fizioterapiya və kurort
müalicəsi; profilaktik tədbirlər.
Dostları ilə paylaş: