261
(cədvəl 18.3). Onun nəticəsinin müvəffəqiyyəti çox faktorlardan asıdılır – müalicənin
motivləşdirilməsi, xəstə tərəfindən müalicə üsulunun və məhdudlaşdırmaların başa dü-
şülməsi, həkimin xəstəyə uyğun proqnozunun verilməsi və onun təyin etdiyi müalicənin
terapevtik effektivliyi. Belə ki, pasientlərin çoxu müalicədən tam razı qalmırlar.
Çünki
xəstəyə effektiv nəzarət etmək üçün uzun müddət bədənin müxtəlif nahiyələrinə çoxlu
miqdarda preparatların istifadəsi tələb olunur. Son zamanlar istifadə olunan pimekroli-
mus və takrolimus kimi topik aktiv qeyri-steroid immunmodulyatorlar patensial olaraq
belə xəstələr üçün əsl proqres sayılır.
50 il bundan əvvəl atopik dermatitdə kortikosteroidlərin istifadəsi əsl inqlab idi və
çox pasientlərin müalicəsində əsas vasitə kimi qalmaqdadır. Yerli atrofiya və sistem
toksik riski kimi olan
kənar təsirləri, kortikosteroidlərin xəstəliyin ağır formasının müa-
licəsində optimal preparatlar kimi, xüsusən həssas dəridə və uşaqlarda istisna edilir.
Lakin effektli müalicənin yolunda ən böyük maneə xəstələr tərəfindən kənar təsirlərdən
qorxu hissidir.
Hallogenizasiya olunmayan efirlər (məsələn, prednikarbat,
metilprednizalon ase-
ponad, mometazon fumarat) yeni nəslin kortikosteroidləridir, onlarda sistem toksikliyi
nisbətən azdır və iltihaba qarşı yüksək aktivliyə malikdirlər. Remissiyaya nail olduqda
pasientlərə nisbətən zəif preparata, yaxud tədricən dərmanin qəbul tezliyini azaltmağın
vacibliyini məsləhət görmək lazımdır.
Atopik dermatitdə çoxlu iltihab mediatorları identifikasiya olunub, buna görə me-
diatorun hər hansı birini blokada edən maddə çətin ki, klinik xeyir gətirsin. Lakin, bəzi
antoqonistlər atopik prosesdə (əksərən astmada) qiymətlidir, bu da müəyyən mediator
mexanizmlərinin yüksək rolunu nəzərə alır.
Bu yaxınlarda atopik dermatitlə əlaqəli qaşınmaya nəzarət üçün yerli terapiyada dok-
sepin kimi yüksək blokadaya qadir olan trisiklik antidepressant H1, H2 və muskarin
reseptoplarını tənzimləməsi lisenziyalaşıb.
Makrolid immunsupressantların makrolidəbənzər strukturları var və in vivo, in vitro
olaraq yüksək immunmodulyator aktivliyə malikdirlər. Bu qrupdan ən məşhuru və sis-
temli istifadəsində aktiv olan siklosporindir. Lakin bu sinfə aid olan bəzi yeni preparatlar
topik aktivlik nümayiş etdirir və sonrakı tədqiqatların aparılmasına dair maraq yaradır.
Klinik araşdirma mərhələsində ön sıralarda «Elidel» (pimekrolimus) kremi və «Proto-
pik» (takrolimus) məlhəmləri durur.
Pimekrolimus (krem «Elidel») atopik dermatiti olan xəstələrdə iltihaba qarşı xarici
müalicədə tətbiq olunub. Pimekrolimus makrolaktam antibiotik qrupuna aiddir və asko-
misinin törəməsidir. Preparat yüksək lipofilliyə malikdir, bununla əlaqədar əsasən dəridə
paylaşır və praktiki olaraq onun vasitəsilə qan dövranına keçmir. Preparat seçici olaraq
iltihab əleyhinə sitokonlərin sintezini və ifrazını bloklaşdırır, bunun nəticəsində «təkan»
və iltihab saxlamaq üçün vacib olan T-hüceyrələrin və mastositlərin aktivasiyası əmələ
gəlmir. Pimekrolimusun seçici olaraq T-limfositlərin iltihabi sitokinlərin sintezinə və
tosqun hüceyrələr tərəfindən iltihab mediatorlarının azad olunmasına təsiri ilə əlaqədar,
elastik və kollagen liflərin sintezinin dayandırılmaması, onun istifadəsi atrofiya, telean-
giektoziya, dəri hipertrixozunun inkişafını istisna edir. Preparatın göstərilən xüsusiyyət-
lərini nəzərə alaraq onu uzun müddət əlavə effektlər olmadan istifadə etmək olar.
Pimekrolimusun (Elidel) əsas təyinatı periodik olaraq xaricə kortikosteriodlərin is-
262
tifadə olunmaması şərti ilə remissiyanı uzun müddət saxlamaqdır. Preparat 1% krem
şəklində istifadə olunur və uşaqlarda 3 aylıq dövrdən başlayaraq tətbiq olunmasına
icazə verilir. Atopik dermatitin orta və yüngül forması elidelin təyin olunmasına bir başa
göstərişidir. «Elidel» kreminin effektiv müalicəsinin əsas şərti onu nəmləndirici və yum-
şaldıcı vasitələrlə birgə istifadəsidir. «Elidel» kremini bütün zədələnmiş dəri
sahələrinə,
üz dərisi, boyun, genital, hətta zədə almamış uşaq dərisi də daxil olmaqla sürtmək məs-
ləhət görülür.
Dostları ilə paylaş: