272
pruriqo doğuşdan sonra tez sağalır. Lakin ikinci hamiləlik zamanı bu proses dəfələrlə
əmələ gələ bilər.
Histopatologiya
Histoloji şəkil xəstəliyin müəyyən fazalarına uyğun gəlir. İlkin olaraq məməli qatdakı
kapilyarların güclü genişlənməsi ilə seropapula əmələ gəlir, həmçinin cüzi limfositar
reaksiya müşahidə olunur. Daha sonra sub və ya intrakorneal qovuqcuqlar inkişaf edir.
Bunların tərkibi neytrofil, bəzən isə eozinofil limfositlərdən ibarətdir. Ekskoriasiyalaş-
mış səpgilər epidermisin defekti ilə xarakterizə olunur. Epidermis qartmaqla örtülür,
epidermal regenerasiya epidermisin yan akantoloji qalınlaşması ilə gedir. Damarlar çox
genişlənir, ödem və histiositar-fibroblastik reaksiya müşahidə olunur.
Diaqnoz
Xəstəliyin diaqnozu intensiv qaşınma, tipik lokalizasiyası, ekskoriasiyalaşmış səp-
gilərdən və qalıq əlamətlərdən ibarət dimorf klinik şəklinə əsasən təsdiqlənir.
Dostları ilə paylaş: