Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə177/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz
Pruriqonun simptomatik formalarını fərqləndirmək lazımdır, bu da bəzi çətinliklərlə 
şərtləndirilə bilər. Diaqnostikada diqqətli xarici baxış və daxili orqanların müayinəsi 
tələb olunur. 
Pruriqonu atopik ekzemanın pruriginoz forması ilə differensiasiya etmək lazımdır. 
Xəstəliyin polimorf klinik şəkli, atopik ekze-
manın tipik əlamətlərindən ibarət kombinə olun-
muş dəyişikliklərlə müşahidə olunur. Xəstəliyin 
bu klinik şəkli eyni zamanda pruriqo mitis və ya 
xroniki multiformalı pruriqo adlanır. 
Herpesşəkilli dermatitin pruriginoz forması. 
Pruriginoz papulalı polimorf herpesvari klinik 
şəkil.
Günəş pruriqosu: ancaq bədənin günəş şüala-
rı düşə biləcək hissələrində lokalizasiya olunan 
güclü qaşınan və ekskoriasiyalı pruriginoz papu-
laların müşahidə olunması. Yay pruriqosu fəsil-
dən asılı olaraq meydana gəlir.
Müalicəsi 
Yarımkəskin pruriqoda söhbət allergik genez-
li polietioloji sindromdan getdiyi üçün xəstəliyin 
səbəbinin aradan qaldırılması ilk planda durur. 
Əgər xəstəliyin səbəbi tapılaraq lazımi qaydada müalicə olunarsa uzun müddətli effekt 
almaq mümkündür. Təəssüf ki, çox vaxt səbəbi aşkar etmək mümkün olmur. Dəri daxili 
testlər xroniki övrədəki kimi aparılır. İstənilən halda müalicə, aşkar olunan pozğunluq-
lara qarşı yönəldilir. Orta dozada qlükokortikosteroidlərin tətbiqi (gündəlik 40- 60 mq 
prednizolon dozasına ekvivalent) ancaq qısa müddətlidir və bu bir çox hallarda ancaq 
Şək. 19.1.Qaşınmada tipik səpgilər


273
morbostatik effekt verir. Axşam sedativ effektli antihistamin preparatları, trankvilizator-
lar (qaşınma gecələr daha çox narahat etdiyi üçün) göstərişdir. Bəzi hallarda effektiv pre-
parat kimi xloroxin (rezorxin) məsləhət görülür. Əgər qadınlarda xəstəliyin başlanması 
klimaks və ya menopauza ilə eyni vaxta düşürsə, ginekoloqun məsləhəti ilə estrogen və 
ya luteotrop hormonlardan istifadə etmək olar. Bir çox müəlliflər mədə-bağırsaq trak-
tının sanasiyasına böyük əhəmiyyət verirlər. Metodika xroniki övrədə olduğu kimidir: 
tetrasiklin (2,0 q) və ya doksisiklin (200 mq) 5 gün müddətində hər gün, sonra 5 gün 
amfoterisin B (gündə 4 dəfə 100 mq), daha sonra 3 həftə ərzində bağırsaq florasının nor-
mallaşdırılması. Uremik qaşınmada eritropoetin morbostatik effektlidir. Bəzən psixote-
rapevtin məsləhətinə ehtiyac olur. Xarici qaşınmanı azaldan tədbirlər məsləhət görülür: 
xarici anesteziyaedici vasitələr (5%- li tezit), 5-10 %- li ixtiol, liquor carbonis detergens 
(2,0- 10,0 %). Durulaşdırılmış üzüm sirkəsi, mentolun spirtli məhlulları (0.25- 1,0%) və 
ya antihistamin gellər tətbiq etmək lazımdır (fenistil, soventol, sistrol, tavegil).
Düyünlü pruriqo
Sinonimləri: Haydın düyünlü pruriqosu, düyünlü qaşınma, pruriqo nodularis Hyde, 
davamlı papulyoz övrə, düyünlü neyrodermit. Güclü qaşınan xəstəlikdir, persistəedici 
kasayabənzər düyünlərlə xarakterizə olunur. Bu xəstəliyin pruriqo qrupuna daxil edil-
məsi bəzən inkar edilir, belə ki, bu xəstəlikdəki ilkin səpgi seropapula deyil. Bu xəstəliyi 
bəzən adi xronik pruriqoya aid edirlər.
Yayılması: nisbətən nadir xəstəlikdir. Genetik faktorlar məlum deyil. Əsasən 40- 60 
yaşlı qadınlar xəstələnirlər. Çox vaxt anamnezdə (80 %) atopik diatez qeyd olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin