Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə180/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   446
DERMATOLOGİYA-dərslik 1

Patogenez
Uyğun meyllilik nəticəsində dərinin məhdud sahələrində sürtünmə və ya qaşınma nə-
ticəsində dərinin iltihabi reaksiyası yaranır. Bu da lixenifikasiya, yəni dəri örtüyünün il-
tihabi qalınlaşması ilə xarakterizə olunur. Dəri toxumasındakı dəyişikliklər epidermisin 
qalınlaşmasının xroniki hüceyrə iltihabı nəticəsində özünü göstərir. Atopik ekzemadakı 
lixenifikasiyalı ocaqlı dəri səpgiləri ilə oxşarlığına görə sadə xroniki dəmrov həmişə 
müqayisə olunur. Son vaxtlar bu xəstəliyi atopik ekzemanın minimal variantı kimi hesab 
edirlər. Bəzi müəlliflər bu fikirləri qəbul etmirlər və daxili disfunksiyalarla etiopatoge-
netik əlaqə olduğunu güman edirlər. Məsələn, mədə- bağırsaq traktı pozğunluğu (həzm 
prosesinin pozulması,anasidlik, xroniki qastrit), qara ciyər xəstəlikləri, xolesistopatiya-
lar. Bəzən müalicə nəticəsində bu problemlərin aradan qaldırılması bu nöqteyi- nəzəri 
təsdiq edir.
Sadə xroniki dəmrovun əmələ gəlməsində dərinin məhdud sahələrinin daim sürtün-
məsi və qaşınması həlledici rol oynadığı üçün, psixi faktorların araşdırılması əsasdır. 
Əsəbilik əlamətləri- dırnaqların yeyilməsi, dodaqları dişləmək, aravermədən siqaret çək-
mək və konflikt vəziyyətlərinin olması nəzərə çarpır.
Klinik şəkil
Adətən xəstəlik bir ocaqla məhdudlaşır. Bəzən 1- 2 ocaq da ola bilir. Qadınlarda 
ocaqlar əsasən ənsə hissəsində lokalizasiya edir. Digər lokalizasiya sahələri said və 
baldırın açıcı tərəfi, kürəyin yuxarı hissəsi, budun iç səthi, büzdüm, skrotum və vulva-
dır. Çox vaxt sebostaz müşahidə edilir. Klinik-morfoloji olaraq, söhbət tipik lixenoid 
xəstəlikdən gedir. İlk səpgi ölçüsü 1-3 mm olan, dəyişikliyə uğramayan papuladır. Pa-
pulalar çox vaxt kəskin sərhədli, əsasən dəyirmi, bəzən poliqonal, yastı, parıltılı səthli 
olur. Rəngi boz və ya qəhvəyi- qırmızımtıl, çox vaxt dəri rəngində olur. İlkin olaraq 
məhdud sahədə təcrid olunmuş şəkildə yerləşən papulalar ocağa yığışırlar. Bunlar daimi, 
lentşəkilli, zolaqşəkilli və istənilən digər konfiqurasiyanı ala bilərlər, kənarları sürtünmə 
nəticəsində mexaniki hiperpiqmentasiyaya meylli olur. Tam formalaşmış ocaq 3 tipik 
zonadan ibarətdir:
1. Mərkəzdə dərinin iltihabi qalınlaşması və dəri örtüyünün kobudlaşması ilə bi-
rincili yastı lixenifikasiya yerləşir.
2. Lixenoidli papula zonası. Bu papulalar bir- biri ilə yanaşı sıx yerləşirlər. Dəri 
rəngində və ya boz- qırmızımtıl rəngdə olur.


276
3. Periferiyada hiperpiqmentasiya zonası yerləşir. Eni bir neçə sm olur və qeyri- 
dəqiq ətraf dəriyə keçir və orada itir.
Xəstəlik bəzən mərkəzi lixenifikasiyası olmayan, təcrid olunmuş şəkildə yerləşən, 
lixenoidli papulalarla məhdudlaşır. Digər hallarda lixenifikasiya o dərəcədə inkişaf edə 
bilər ki, 2- ci və 3- cü zonalar olmaya bilir. Əlamətdardır ki, bəzən sadə xroniki dəm-
rov hüdudlarında piqmentin itirilməsi (axromiya) müşahidə olunur. Bu xəstəlik zamanı 
selikli qişalar zədələnmir. Güclü, çox zaman paroksizmal, gecələr güclənən qaşınma 
xarakterikdir. Qaşınma və sıyrıntılar lixenifikasiyanı əmələ gətirir və ya lixenoidli pa-
pulalar güclü qaşınma yaradır sualı hələ də açıq qalır. Eksperimental tədqiqatlar sıyrıntı 
kimi xroniki mexaniki yüklənmənin lixenifikasiya yarada biləcəyini təsdiqləyir.
Xəstəlik bir neçə ay və ya il davam edir. Proqnoz bugünkü yaxşı müalicə üsulları 
nəzərə alınmaqla xoşdur. Psixoemosional faktorları kənarlaşdırmaq daha çətin olur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin