278
XXI FƏSİL. ÖVRƏ. KVİNKE ÖDEMİ.
Övrə və Kvinke ödemi kəskin allergik reaksiyalara və ya sürətli hiperhəssas reaksi-
yalar tipinə aiddir. Buraya həm də Layella sindromu, Stivens-Conson sindromu, anafi-
laktik şok da aiddir. Sadalanan xəstəliklər pasiyentin həyatı üçün böyük təhlükə törədir,
hətta bunlardan bəziləri ölümlə də nəticələnə bilər.
Övrə - çox yayılmış xəstəlikdir, təxminən hər 3 nəfərdən biri heç olmazsa bir dəfə
bu xəstəliyə tutulur. Xəstəlik dəridə sürətlə əmələ gələn, qaşınan, monomorf, köpüşük
şəklində olan səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.
Bu monomorf urtikar qaşınan səpgili polietioloji dermatozdur. Övrə müxtəlif etio-
logiyalı bir çox xəstəliklərdə allergik və ya psevdoallergik reaksiyalar nəticəsində əmələ
gəlir.
Övrə və Kvinke ödemi bütün yaşlarda ola bilər. Ancaq daha çox 21-dən 60 yaşa qədər
müşahidə olunur.
Dostları ilə paylaş: