280
reaksiya baş verir. Xəstələr ovucda, pəncədə, qulaqlarda qaşınma və yanmadan şikayət-
lənir, artralgiya da ola bilər. Tənəffüs yollarının selikli qişasının ödemi nəticəsində təng-
nəfəslik və boğulma müşahidə olunur. Allergik reaksiyanın sürətli tipində ümumi zəiflik:
qızartı,
qəfləti zəiflik, başağrısı,
başgicəllənmə, bronxospazm, döş sümüyü arxasında
sıxıcı ağrı, ürəkdöyünmə, ürəkbulanma, qusma, qarında tutmavarı ağrılar, ishal olur.
Kəskin övrənin klinikasının ilkin elementi köpüşük olan (dermanın məməcikli qatı-
nın kəskin ödemi) monomorf səpgilərlə xarakterizə olunur. İri köpüşüklər bir neçə saat
ərzində əmələ gəlir və öz- özünə, yaxud dərman maddələrinin təsirindən çəkilib gedir.
Onlar eyni yerdə yenidən əmələ gələ bilərlər. Köpüşüyün rəngi çəhrayı olur, böyük ele-
mentlərdə mərkəzi açıq rəngli, kənarları qırmızı həlqə şəklində olur.
Köpüşüyün forma-
sı- oval, qövsvarı, həlqəvari, polisiklik, xətvari, hədəfvari olur. Elementlərə periferik bö-
yümə və mərkəzdən yox olma və ya sorulma xasdır. Onlar bəzən öz aralarında birləşir və
qəribə naxışlar əmələ gətirir (urticaria fiqurata). Köpüşüklərin geniş sahədə birləşməsi
xəstənin ümumi vəziyyətinin pisləşməsinə: bədən temperaturunun yüksəlməsinə, zəiflik,
üşütməyə- “məxmərək qızdırmasına”, uşaqlarda həzm və nevroloji pozğunluqlara səbəb
ola bilər. Dodağın, dilin, yumşaq damağın, qırtlağın selikli qişasında səpgilər müşahidə
olunur. Çox nadir hallarda özündən sonra hiperpiqmentasiya (urticaria cum piqmentosa)
qoyan hemorragik köpüşüklər, eləcə də içərisi seroz və ya hemorragik maye ilə dolu olan
(urticaria bullosa) qovuqlu köpüşüklər əmələ gəlir.
Kəskin övrənin bir növü də dermoqrafik övrədir (urtikaria faktitia- urtikar dermoq-
rafizm). Dermoqrafik övrə mexaniki qıcığa cavab olaraq xətvari formada köpüşüklərin
əmələ gəlməsi ilə xarakterizə olunur. Adi övrədən fərqli olaraq urtikar dermoqrafizmdə
qaşınma olmur.
Soyuq övrəsi soyuğun təsirindən sonra dəridə qaşınma, ödem, hiperemiya ilə xarak-
terizə olunur. Xəstəliyin simptomları ilin soyuq fəslində dərinin açıq sahələrinə rütubətli
nəm havada aşağı temperaturun təsirindən meydana çıxır. Dərinin dərindən soyuması
nəticəsində Kvinke ödemi, dərinin böyük səthinin sürətlə soyuması (məs. soyuq suda
çimmə) nəticəsində isə yayılmış övrə və anafilaktik şok ola bilər.
İsti övrə isti hava şəraitində işləyənlərdə olur. Yerli reaksiyalar başağrısı və diareya
ilə müşaiyət olunur.
Mexaniki övrəyə bir neçə variantda rast gəlinir: kəmər və digər əşyaların dəriyə təz-
yiqindən, dermoqrafizmin patoloji forması kimi, vibrasiyadan. Xəstəlik ən çox labil sinir
sistemli və vegetativ- damar distoniyalı şəxslərdə inkişaf edir.
İşıq və ya günəş övrəsi dalğa uzunluğu 290- 500 nm olan ultrabənövşəyi şüaların
təsirindən baş verir. Bu övrə qaşınan polimorf səpgilər və ya tipik məxmərək və eritema
şəklində özünü göstərir.
Akvagen övrə temperaturdan asılı olmayaraq su ilə təmasdan əmələ gəlir.
Xolinergik övrə yüksək tər ifrazına səbəb olan fiziki işdən, eləcə də isti çay, vanna və
duş qəbulundan sonra ola bilər. Xəstəlik çoxsaylı kiçik (1- 4 mm) diametrli hiperemiya
zonası ilə əhatə olunmuş qaşınan köpüşük və papulyoz elementlərin əmələ gəlməsi ilə
xarakterizə olunur. Onlar birləşərək tipik köpüşüklər (bəzən nəhəng ölçüdə) əmələ gətirə
bilərlər. Səpgilər üzdə, boyunda, döşün yuxarı hissəsində, yuxarı ətraflarda lokalizasiya
olur.
Kvinke ödemi (kəskin məhdud Kvinke ödemi, nəhəng övrə) dəri və dərialtı təbəqənin
281
yayılmış ödemidir. Bu zaman böyük, solğun bərk infiltrat əmələ gəlir. Kvinke ödemində
üz, xarici cinsiyyət orqanları və bədənin digər hissələri kövşək toxuma ilə zədələnir.
Səpgilər dodağın, göz qapağının, ağız boşluğunun (dil, yumşaq damaq, badamcıqlar)
selikli qişasında, xayalarda da əmələ gələ bilər. Bu zaman göstərilən zonalarda dəri bərk,
elastik konsistensiyalı, ağ, bəzən çəhrayı rəngdə olur. Subyektiv hisslər adətən olmur,
bəzən qaşınma və yanğı hissi olur. Çox vaxt ümumi vəziyyət pozulur: zəiflik, ürəkbulan-
ma, başağrısı,
temperaturun yüksəlməsi,qarında ağrılar, dispepsiya olur.
Kvinke ödemi qırtlaq nahiyəsində çox təhlükəlidir. Bu zaman xəstələr asfiksiyadan
ölə bilər. Yüngül və orta ağırlıqlı qırtlaq ödemi 1 saatdan bir sutkayadək davam edə bilər.
Ödemin üzdə olması zamanı prosesə meningial simptomların əmələ gəlməsi ilə beynin
seroz qatları da qoşula bilər (ənsə əzələlərinin rigidliyi, kəskin baş ağrısı, qusma, bəzən
qıcolmalar). Bəzi xəstələrdə residivə meyllilik olur. Bu zaman xəstəlik prodromal simp-
tomsuz başlayır, çətin nəfəsalma və boğulma ilə müşaiət
olunaraq ölümlə nəticələnə
bilər.
İrsi Kvinke ödemi. Autosom- dominant yolla ötürülən ağır irsi xəstəlikdir. Üzün,
ətrafların, qırtlağın ödemi və qarında kəskin ağrı ilə təyin edilir. Laborator müayinə-
də C1- esterazanın inhibitorunun miqdarı və ya aktivliyi azalır, C4-ün miqdarı azalır,
komplimentin C1 və C3 komponentlərinin miqdarı normal qalır. Ödem bradikininin ar-
tıq ifrazının nəticəsində əmələ gəlir.
Eozinofiliyalı periodik Kvinke ödemi ağır xəstəlikdir. Bu xəstəlik qızdırma ilə müşa-
iyət olunur. Suyun orqanizmdə ləngiməsi nəticəsində bədən çəkisi artır, güclü qaşınma
olur, üz, boyun, ətraflar və gövdəni əhatə edir. Laborator müayinədə eozinofiliya, yüksək
leykositoz qeydə alınır.
Piqmentli övrə dəridə tosqun hüceyrələrin ocaqlı şəkildə toplanması və qırmızımtıl-
qəhvəyi papula və ləkələrlə xarakterizə olunur. Səpgi ən çox gövdə və ətraflarda, bəzən
üzdə olur. Ovuc və ayağın altı, başın tüklü hissəsində adətən səpgi olmur. Piqmentli öv-
rənin 3 növü var: ləkəli, papulyoz, qarışıq. Saç darandıqda və ya dəri zədələndikdə erite-
ma və tosqun hüceyrələrin deqranulyasiyası nəticəsində köpüşüklər əmələ gəlir (Unna-
Daryenin qıcıqlanma və şişmə sindromu). Bu simptom şpatellə bərk sürtdükdə əmələ
gəlir. Ləkə və ya papula qızarır, sonra bərk,məhdud, göyümtül- qırmızı rəngli kələ-kötür
köpüşüyəbənzər elementə çevrilir. Bu şəkildə element qaşınma və yanma ilə bir neçə
dəqiqədən bir neçə saata qədər davam edir. Piqmentli övrə ən çox uşaqlarda müşahidə
olunur, yeniyetmələrdə isə itə bilər. Sistem mastositozu isə əksinə, böyüklərdə müşahidə
olunur, qara ciyər, dalaq, limfa düyünləri və digər orqanların tosqun hüceyrələrlə infilt-
rasiyası ilə müşaiyət olunur. Müxtəlif faktorların təsirindən tosqun hüceyrələr mediator
ifraz edir, nəticədə qanın guclü axını, fitvarı
tənəffüs, baş ağrısı, ödem və şok ola bilər.
Dostları ilə paylaş: