284
XXII.PSORİAZ
Psoriaz ( Psoriasis), sin.
pullu dəmrov– xroniki, genetik determinasiyalı, proliferasi-
yalı, multifaktorial təbiətli residivlənən papulalı-skvamoz dermatozdur.
E p i d e m i o l o g i y a. Xəstəlik Yer kürəsinin bütün qurşaqlarında, müxtəlif
millətlər və irqlərdən olan əhali arasında qeyri-bərabər tezlikdə - 0,1 - 3 % və daha çox
yayılmışdır. Psoriaz daha çox 10-25 yaşlarında meydana çıxır, lakin birinci dəfə istə-
nilən yaşda özünü büruzə verə bilər. 1 yaşlı uşaqda və 82 yaşlı qocada psoriaza təsadüf
olunmuşdur. Psoriaz kişilərdə və qadınlarda eyni cür təzahür edir, lakin uşaqlar arasında
ona çox vaxt qızlarda, böyüklərdən isə kişilərdə (60-65 %) rast gəlinir.
E t i o l o g i y a və p a t o g e n e z. Psoriazın baş verməsində çoxsaylı hipo-
tezlərdən heç biri ümumilikdə qəbul olunmamışdır. Burada genetik faktorların rolu şü-
bhəsizdir, xəstəlik ailəvi, o cümlədən əkizlərdə təsadüf olunmuş və onun HLA sistemi ilə
korrelyasiyası aşkarlanmışdır. Psoriaz zamanı autosom-dominant irsilik (50 %-dək ehti-
mal olunur) kimi, həm də xəstəliyin baş verməsində irsi meyillik mümkündür. Psoriaz
zamanı immun pozuntuların qabarıqlığı (T-supressorların defekti zamanı T-helperlərin
yüksək aktivliyi, dövredən immun komplekslərin artmış miqdarı, iltihabönü sitokinlər,
şişin nekroz faktoru və s.) psoriazın müxtəlif ekzo- və endogen faktorların ( triggerlər)
təsiri altında inkişaf edən immungenetik xəstəliklərdən hesab etməyə əsas verir. Yol
verilən faktorların müxtəlifliyi (stress, zədələr,
metabolik pozuntular, neyroendokrin
disfunksiyalar,
yoluxucu xəstəliklər, fiziki və kimyəvi qıcıqlar, dərman preparatları
və s. psoriazın m u l t i f a k t o r i a l t ə b i ə t l i olmasını müəyyən edir. Psoriazın
patogenezində keratinositlərin artıq proliferasiyası, epiteliositlərin differensasiyasının
pozulması, energetik balansla əlaqədar metabolik proseslərin yüksək aktivliyi, keratohi-
alinin sintezinin çatışmazlığı durur.
Dostları ilə paylaş: