Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə189/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   446
DERMATOLOGİYA-dərslik 1

XXIII FƏSİL.QIRMIZI YASTI DƏMROV
Qırmızı yastı dəmrov 
( lichen rubber planus), dəridə və görünən selikli qişalarda mo-
nomorf səpgilərlə, papulalarla müşahidə olunan xroniki xəstəlikdir.
E p i d e m i o l o g i y a və e t i o p a t o g e n e z. Xəstəliyə əhalinin 0,3-0,8%-
də, bütün irqlər arasında, eləcə də bütün yaş qruplarında, ç o x v a x t 40-60 y a ş l ı
q a d ı n l a r d a rast gəlinir, u ş a q l a r n a d i r h a l l a r d a x ə s t ə l ə n i r l ə r.
Xəstəliyin etiologiyası və patogenezi aydınlaşdırılmamışdır. Qırmızı yastı dəmro-
vun əmələ gəlməsində infeksion, neyroendokrin, toksiki-allergik, mübadilə nəzəriyyəsi-
nin rolu qeyd olunur. Qırmızı yastı dəmrovun ailəvi təsadüflərinin 10 %-də autosom-do-
minant tipli irsiyyət müəyyən edilmişdir. Xəstəliyin inkişafının əsasında toksiko-allergik 
proseslər və immun sisteminin tənziminin pozulmaları durur, endo- və ekzogen amillə-
rin təhrik etdiyi qeyri-adekvat toxuma reaksiyasının - neyroendokrin pozulmalar, infek-
siyalar, ürək-damar və mədə-bağırsaq traktı xəstəlikləri, müxtəlif mexaniki, kimyəvi və 
dərman qıcıqları törədir.
K l i n i k i şəkil
Xarakterik lokalizasiyası – saidin bükücü səthi, mil – bilək oynağ sahəsi, budun 
daxili səthi və baldırın açıcı səthi, qasıq və qoltuqaltı sahə, ağızın selikli qişasıdır. 
Üzün dərisi, başın tüklü hissəsi, ovuc, ayağın altı, adətən prosesə qoşulmur. Bəzən səp-
gilər xətvari olur, “zoniform” və ya “linear” çox vaxt ətraflarda yerləşir. 
Xəstəlik monomorf elementlərin əmələ gəlməsi ilə səciyyələnir, bu da yastı, parlaq
səthi v ə mərkəzində basıqlıq, ç ə h r a y ı mtıl– b ə n ö v ş ə y i və ya moruğu – q 
ı r m ı z ımtıl r ə n g d ə, 2-3 mm d i a m e t r i n d ə o l a n poliqonal papulalardan
ibarətdir. Elementlər yan tərəfdən işıqlandırıldıqda papulanın səthinin özünəməxsus par-
laqlığı yaxşı görünür. Səthində xırda pulcuqları olan kiçik lövhəciklər əmələ gətirməklə 
papulalar bir-biri ilə qarışa bilər. Papulanın səthini və ya lövhəcikləri bitki yağı ilə yağ-
ladıqda buynuz qatından işıqlanan ağımtıl nöqtələr və hörümçək xətləri kimi hörülmüş ( 
Uikhem toru) görünür ki, bu da epidermisin dənəli qatının qeyri-bərabər qalınlaşması ilə 
əlaqədardır. Proses geri sorularkən yerində çox vaxt davamlı hiperpiqmentasiya qalır. 
Subyektiv olaraq qaşınma bəzən intensiv olaraq xəstənin rahatlığını və yuxusunu pozur. 
Ağız boşluğunun və cinsiyyət orqanlarının selikli qişasının zədələnməsi qırmızı yastı 
dəmrovlu xəstələrin 65 %-də müşahidə olunur, 25 % xəstələrdə yalnız selikli qişanın 
zədələnməsi qeydə alınır. Yanağın selikli qişasında papulalar bozumtul-ağımtıl rəngdə, 
nöqtəvi, həlqəvari, tor, şəbəkə şəklində qruplaşır. Dilin selikli qişasında - leykoplakiya 
ocaqlarını xatırladan kəskin sərhədli, girintili-çıxıntılı kənarları olan bozumtul-ağımtıl 
rəngli lövhəciklərin olması nəzərə çarpır. Dodağın qırmızı haşiyəsində (çox vaxt aşağı 
dodaqda) – kiçik bənövşəyi rəngli lövhəciklər, asanlıqla qabıqlanan və səthində bozum-
tul-ağ tor müşahidə edilir.
Bəzi xəstələrdə dırnaq lövhəcikləri dəyişərək qabarıq dərəcədə uzununa xətlənir, 
daraq şəklində olur, dırnaq yatağının hiperemiyası, əl və ayağın dırnaq lövhəsinin bo-
zumtul rəngli tutğunluğu qeydə alınır. 
Xəstəlik üçün hər hansı bir qıcıqlanmaya qarşı izomorf reaksiyası xarakterikdir. 
Əsasən ekskoriasiya yerində tipik elementlər xətvari yerləşir (Kebner fenomeni). Pro-


290
ses uzun müddətli, çox vaxt aylarla davam edir. Dermatozun ikincili eritrodermiyanın 
inkişafı ilə generalizasiya olmuş halları da qeydə alınmışdır (lichen ruber planus gene-
ralizata).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin