XXIV F ƏSİL. ЧЯЩРАЙЫ ДЯМРОВ Çəhrayı dəmrov (pityriasis rosea) etiologiyası və patogenezi məlum olmayan xəstə-
likdir. Çox vaxt ilin soyuq dövründə və ya soyuqlamadan sonra baş verir. Əksər hallarda
böyüklər xəstələnirlər.
Xəstəliyin infeksion təbiətə malik olması güman edilir, ancaq çəhrayı dəmrovun özü
yoluxdurucu deyildir (ailədə digər üzvlərin xəstələnməsi nadir hallarda qeyd olunmuş-
dur).
Klinik şəkli Səpgilər əmələ gəlməzdən əvvəl subfebrilitet, oynaqlarda ağrılar, halsızlıq, baş ağrısı
müşahidə edilə bilər. Bəzən boyun limfa düyünləri böyüyə bilər.
Səpgilər simmetrik xarakterdədir, gövdənin, ətrafların dərisi (ovuc və ayaq pəncə-
sinin dərisi istisna olmaqla), nadir hallarda boyun və üz zədələnir. (şək. 24.1) Səpgi
elementləri dövri şəkildə, alovlanma tipində meydana çıxır. Subyektiv olaraq qaşınma
narahat edir. Ləkələr dairəvi və ya oval formadadır, diametri 2-3 sm-ə qədər, periferi-
yaya doğru böyüməyə meyllidirlər, Lanqer xətti boyunca yerləşirlər. Ləkələrin mərkəzi
cüzi batmış, zərif büküşlərə malikdir («papiros kağızı» simptomu), qabıqvermə mərkəzi
və periferik zonanın sərhəddində səciyyəvi «yaxalıq» şəklində daha aydın nəzərə çar-
pır. Ləkələrin kənarı qabarmış, şişkindir, daha parlaq rəngdədir və qabıq vermirlər. Belə
səpgi elementləri medalyonu xatırladır. Yayılmış səpgilərdən 1-2 həftə əvvəl oval və
ya dairəvi sərhədləri olan və çox kəskin nəzərə çarpan «papiros kağızı» simptomunu
xatırladan və nazik periferik eritema haşiyəsi ilə əhatə olunan böyük ölçüdə (diametri
3-4 sm) bir element əmələ gəlir – «ana lövhəcik» adlanır.
Elementlər mərkəzi hissədən sağalırlar və səpgiyə aydın
üzükvari xarakter verir. Sonra tədricən periferik haşiyə
də yox olur. Səpgi elementlərinin reqressiyasından sonra
müvəqqəti olaraq hiperpiqmentasiya qalır.
Çəhrayı dəmrovun müxtəlif formaları ayırd edilir: ur-
tikar, papulyoz, vezikulyoz, follikulyar və digər formalar
– bunlar nadir hallarda rast gəlirlər. Su prosedurlarının
(hamam, duş), kobud alt paltarının, UBŞ, qıcıqlandırıcı
xaricə təyin edilən dərman vasitələrinin təsiri altında səp-
gi elemntləri bir-biri ilə birləşərək eritrodermiya sahələri
əmələ gətirə bilərlər ki, bu da xəstəliyin gedişinin xeyli
ağırlaşdırır.