Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XXVI FƏSİL. ÇOXFORMALI EKSSUDATİV ERİTEMA



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə199/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   446
DERMATOLOGİYA-dərslik 1

XXVI FƏSİL. ÇOXFORMALI EKSSUDATİV ERİTEMA
Çoxformalı ekssudativ eritema (erythema exsudativum multhiforme)
əsasən infek-
sion-allergik mənşəli (eritemanın idiopatik forması) kəskin polimorf dermatoz olub, 
ətrafların dərisində, selikli qişalarda, bəzən isə cinsiyyət orqanları nahiyəsində göyüm-
tül-qırmızı rəngli səpgilərlə (əsasən yazda və ya payızda) təzahür edir və residivlərlə 
müşayiət olunur. İnfeksion –allergik (idiopataik) eritema ilə xəstələrin böyük əksəriyyəti 
əziyyət çəkirlər. Ekssudativ eritemanın toksik-allergik (simptomatik) forması üçün resi-
divlərin mövsümiliyi xarakterik deyildir.
Etiologiya və patogenez
Eritemanın idiopatik formasının inkişafında əsas provokasiya amillərinə herpes, mi-
koplazma, stafilokokk, streptokokk və s. infeksiyalar aiddir. Xəstələrin 2/3-də üz-çənə 
nahiyəsində fokal infeksiya ocaqlarının olması nəzərə çarpır. Belə xəstələrdə müxtə-
lif bakterial allergenlərə qarşı həssaslıq yüksəkdir, immunitetin humoral və T-hüceyrə
amillərinin, neytrofillərin funksiyasının azalması, periferik qanda B-limfositlərin art-
ması müşahidə olunur. Eritemanın toksik-allergik formasında müxtəlif dərman vasitələ-
rinə qarşı (sulfanilamidlər, kontraseptivlər, hərarəti salan, pirogen effektli preparatlar, 
penisillinlər, allopurinol, tulyaremiya və vəbaya qarşı peyvəndlər) hiperhəssaslıq aşkar 
edilir. Soyuqlama, hiperinsolyasiya və digər iqlim (meteo) amilləri xəstəliyin residivlə-
rini provokasiya edir. Xəstələrin bir qismində bəzi qida məhsullarının işlədilməsindən 
sonra (alimentar amil) eritemanın yaranması və ya kəskinləşməsi baş verə bilər. 
Klinik şəkil
Lokalizasiya yerləri
Ətrafların açıcı səthləri, ovuc və pəncə də daxil olmaqla, dirsək və diz oynaqları, sifət
və xarici cinsiyyət orqanları, ağzın selikli qişası, dodaqların qırmızı haşiyəsi, burun boş-
luğu, konyunktiva, anal kanalında lokalizasiya edir. Səpgilər məhdud, disseminasiyalı 
və generalizə olunmuş xarakter daşıya bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin