Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə196/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   446
DERMATOLOGİYA-dərslik 1

SKLEREDEMA
Skleredema (Scleredema)
– birləşdirici toxumanın xəstəliyi olub, ödem və zədələn-
miş toxumaların nəzərə çarpacaq dərəcədə bərkləşməsi ilə səciyyələnir. Böyüklərin Buş-
ke skleredeması və yenidoğulmuşların skleredeması ayırd edilir.
E p i d e m i o l o g i y a. Adətən böyüklər 50-70 yaşlarında xəstələnirlər, ç o x v a 
x t q a d ı n l a r ə z i y y ə t ç ə k i r. Uşaqlarda xəstəlik adətən h ə y a t l a r ı n ı n
i l k g ü n l ə r i n d ə baş verir, daha gec yaşlarında da təsadüf oluna bilər. Çox vaxt 
yarımçıqdoğulmuş və zəifləmiş uşaqlarda müşahidə olunur.
Skleredemanın e t i o l o g i y a və p a t o g e n e z i məlum deyildir. Böyüklərdə 
şəkərli diabet, kəskin virus və bakterial infeksiyaları; uşaqlarda- ifrat soyuma və hi-
poproteinemiya təhrikedici amillər ola bilər.
K l i n i k şəkil
B ö y ü k l ə r d ə prosesin lokalizasiyası – üz, boyun, gövdənin yuxarı hissəsi, çiyin 


301
qurşağıdır, nadir hallarda aşağı ətraflar; u ş a q l 
a r d a – bud, yançaq (sağrı). Xəstəlik ö d e m və 
zədələnmə ocağında d ə r i n i n b ə r k l ə ş m ə 
s i ilə başlayır, bu zaman dəri gərgin, avazımış, 
göyərmiş olur, qatlara yığılmır, basdıqda basıqlıq 
əmələ gəlmir. Adətən ümumi vəziyyət dəyişilmir, 
yaşlı xəstələr böyüklər hərəkət edərkən onları 
boyun və çiyin qurşağı nahiyəsində dartılmalar, 
inamsızlıq hissələri narahat edir. Proses uşaqlar-
da bir neçə həftədən sonra qəfil, tez və izsiz so-
rulur, 1-2 ildən sonra – böyüklərdə reqres edir. 
Diabetlə ağırlaşma zamanı xəstəliyin gedişinin 
bir neçə ilə qədər uzanması mümkündür. 
H i s t o p a t o l o g i y a. Derma qalınlaşmış-
dır, ödemlidir, kollagenlərarası yarıqların əmələ 
gəlməsi ilə kollagen liflərin aralanması və hia-
luron turşusunun toplanması qeyd olunur. Skle-
rodermiyaya xas olan skleroz və atrofiya müşahidə olunmur.
Böyüklərdə d i f f e r e n s i a l d i a q n o s t i k a n ı sklerodermiya ilə aparırlar ki, 
bunun üçün xroniki gedişata meyilli olan zədələnmiş ocaqların atrofiyası xarakterdir; 
uşaqlarda – yenidoğulmuşların skleremiyası üçün prosesin generalizasiya olması xa-
rakterdir. 
M ü a l i c ə. Antibiotiklər, kortikosteroid hormonları, qanın mikrosirkulyasiyasını 
yaxşılaşdıran vasitələr.
P r o f i l a k t i k a yenidoğulmuşun ifrat soyumadan qorunmasındadır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin