310
XXVII FƏSİL. GƏNƏ BORRELİOZU (laym-borrelioz)
Dərinin spiroxetlərlə törənən bakterial infeksiyaları
Borrelioz (Borrelios) sin.
Laym, Laym-borrelioz, dəri borreliozu
– xroniki, təbii-o-
caqlı, multisistemli, bakterial infeksiyadır, dərinin, sinir, ürək-damar sisteminin, da-
yaq-hərəkət aparatının, qara ciyərin, gözün və s.-nin zədələnməsi ilə xarakterizə olunur.
Epidemiologiya
•
Borrelioz – bioloji ötürücülərin iştirakı ilə törədicinin transmissiv (vektorlu)
ötürülmə mexanizmli antropozoonozudur
•
Gənələrin ilin isti vaxtında aktivliyi səbəbindən xəstəliyin yaz-yay və yay-payız
dövründə mövsümi xarakteri nəzərə çarpır
•
İnfeksiya mənbəyi: siçanabənzər gəmiricilər (çöl siçanı, dağsiçanı) – gənənin
inkişafının erkən fazasında preimaqo- qidalandırıcılar; cütdırnaqlı heyvanlar (sığın, ma-
ral, kənd təsərrüfatı heyvanları) imaqo qidalandırıcılar; quşların və itlərin epidemioloji
zəncirdə müəyyən əhəmiyyəti var
•
Xəstəliyin ötürücüləri – mülayim iqlim qurşağının meşəliklərində geniş yayıl-
mış Ixodes növündən olan gənələrdir. Xəstəliyin arealı gənə ensefalitinin arealına yaxın-
dır. Gənələr törədicini ömürlərinin sonuna kimi saxlayır və nəsildən-nəslə ötürə bilir
•
Yoluxma, adətən meşə və meşə-parklara gedən zaman, eləcə də bağ-bostanlı
sahələrdə baş verir
•
İnfeksiyanın ötürülmə yolları – transmissiv, yoluxmuş gənənin dişləyərkən tü-
pürcəklə, bəzən qaşınma zamanı gənələrin fekalı ilə spesifik inokulyasiy ilə infeksiyanın
alimentar (termiki işlənilməmiş süd məhsullarının qidada istifadə edilməsi) və bətndaxi-
li ötürülməsi
•
Gənənin yapışması və sorması orta hesabla bir neçə saatdan bir sutkayadək da-
vam edir, tüpürcəkdə anesteziyaedici maddə olması səbəbindən çox vaxt bilinmir
•
İnfeksiyanın törədici daşıyıcısından və ya Laym xəstəlikli xəstədən sağlam ada-
ma ötürülməsi qeyd olunmamışdır
•
İnsanların borreliyalara meylliliyi yüksəkdir. Davamlı immunitet formalaşmır,
xəstələnmiş şəxslər təkrarən yoluxa bilər. Laym xəstəliyi zamanı xəstələnmiş şəxslərin
və ya onun törədicisinin daşıyıcılarının təkrar yoluxmasının qarşısını alan infeksion im-
munitet formalaşır
•
Inkubasiya dövrü – 3 gündən 3 aya qədər, orta hesabla 3 həftə
Dostları ilə paylaş: