Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dəri təzahürləri borreliozun bütün mərhələlərində, çox vaxt



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə206/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri təzahürləri borreliozun bütün mərhələlərində, çox vaxt
I mərhələdə - miqrasiya edən eritema, II mərhələdə - limfositoma, III mərhələdə -
xroniki atrofik akrodermatit şəklində qeyd edilir.
Miqrasiya edən eritema sin. Afselius-Lipşütsün xroniki miqrasiya edən eriteması (Er-
ythema migrans sin.erythema chronicum migrans Afzelius - Lipschiitz).
Lokalizasiya – bədənin istənilən nahiyəsində, ən çox aşağı ətraflarda, uşaqlarda – çox 
vaxt baş və boyunda.
Səpgi elementləri və onların təkamülü – gənə dişləyən yerdə qırmızı rəngli, 4 sm 
diametrli ləkə, tədricən böyüyərək 15-20 sm və daha böyük həddə çatır. Ləkə müxtəlif 
formada ola bilər
• 
homogen, mərkəzi sağalmayan, dəqiq məhdudiyyətli element;
• 
mərkəzi sağalmış və kənarında bir neçə mm-dən 1-2 sm-ə qədər zolaq 
olan halqavari elementlərdir və bəzən üzdən, bədəndən, xəstənin ətraflarından 
keçərək partlaya bilir;
• 
mərkəzi sağalmış göy qurşağı formalı, halqavari elementlər
İstənilən klinik variantda ləkənin mərkəzində nöqtəvari qırmızımtıl ləkə - gənə 
Şək.27.1.Borrelioz (Ixodes 
növündən olan gənə-xəstə-
liyin ötürücüsü )


312
dişləyən yer müşahidə olunur. Bir və 
ya bir neçə ay ərzində ləkə iz buraxma-
dan sağalır. Adətən subyektiv hissiy-
yatlar olmur. Regionar və generalizə 
olunmuş limfadenopatiya xarakterik-
dir. Miqrasiya edən eritemadan əvvəl 
və ya onunla birlikdə baş ağrısı, ürək 
bulanma, halsızlıq, qızdırıb-titrətmə 
və s. sistem simptomlar ola bilər, onlar 
borrelinin parçalanması nəticəsində in-
toksikasiya əlamətlərindən asılıdır.
Limfositoma (Lymphocytoma) sin. 
Şpiqler-Fendtin xoşxassəli dəri lim-
foplaziyası, Befversedtin xoş xassəli limfadenozu, limforetikulositoma.
Lokalizasiya – qulaq seyvanının sırğalığı, süd vəzisinin məməciyi və areolu, xayalıq.
Səpgi elementləri və onların təkamülü – düyün (az hallarda papula, lövhəcik), çox 
vaxt tək, bənövşəyi-qırmızı rəngli, 0,5-2 sm ölçüdə, xəmirəbənzər konsistensiyalı, hamar 
səthli, ağrısız, kəskin sərhədli və ətrafdakı dəridən yüksəlmiş olur. Düyün xoralaşmır, 
çapıq əmələ gəlmədən spontan reqress mümkündür. Xəstəlik, adətən dalğavari, bir neçə 
aydan 2-3 ilə qədər davam edir, limfatik düyünlərin böyüməsi ilə müşayiət olunmur.
Xroniki atrofik akrodermatit (Acrodermatitis atrophica chronicum) sin. Pospelovun 
proqressiv idiopatik dəri atrofiyası, Pikin eritromeliyası. Xəstəlik gizli, ümumi vəziyyət 
pozulmadan inkişaf edir.
Lokalizasiya - əlin arxa səthi, ayaq, dirsək, diz, bazuönü və baldırın açıcı səthi. Pro-
ses asimmetrik başlaya bilir, lakin sonra simmetrikləşir. Barmaqların son falanqaları, 
ovuc, ayağın altı, adətən zədələnmir. 
Səpgi elementləri və onların təkamülü – göyümtül-qırmızı rəngli ləkələr (ləkə), 
Şək.27.2.Borrelioz (I mərhələ - miqrasiya edən eritema)
Şək.27.2.Borrelioz (II mərhələ – limfositoma)


313
qeyri-dəqiq sərhədli ödemli, hamar səthli, ölçüləri tədricən artaraq və distal sahədən 
proksimala doğru, bədən və üz də daxil edilməklə yayılan, arabir sancma ilə 
müşayiət olunaraq ləkə nahiyəsində teleangiektaziyalar qeydə alınır. Bir neçə aydan 
sonra sağalma prosesində iltihab azalır və tədricən, altında venoz şəkilli dəri atrofiyası 
yaranır. Dəri nazikləşir, ağımtıl rəng alır, asanlıqla büzüşür, azacıq qabıqlanır, papiros 
kağızını xatırladır – Pospelov simptomu. Atrofiya ilə yanaşı bərk dairəvi ocaqlar və ya 
göyümtül-qırmızı, normal dəri rəngində xətli bağlar, adətən dirsək və qamış sümüyü 
(psevdosklerodermiya) boyunca yayılır, ləkəli və ya 
diffuz hiperpiqmentasiya depiqmentasiya sahələri ilə 
əvəz olunur. Çox vaxt taxta bərkliyində tək-tək miq-
dardan çox miqdara qədər, 0,5-3 sm ölçüdə, yastı və ya 
yarımşar şəkilli formada, daha çox diz və dirsək oynaq-
larında lokalizə olan oynaqətrafı düyünlük tipli fibroz 
düyünlər əmələ gəlir. Palpasiya zamanı dəri soyuq olur, 
piy və tər ifrazı azalır, tüklər tökülür. Turqorluq və elas-
tiklik kəskin azalır, dəri asanlıqla büküşləyə yığılır, 
sonradan çox asta hamarlanır. Subyektiv – paresteziya, 
azacıq qaşınma olur.
Borreliozun diaqnozu anamnezə, xəstəliyin klinik 
və patomorfoloji şəklinə, İFA (B.burgdorferi-yə qarşı 
İgM- və İgG – antitellərinin təyin edilməsi), immunblo-
tinq nəticələrinə əsasən qoyulur. PZR biopsiya materi-
allarında, qanda, sinovial mayedə B.burgdorferi DNT-
ni identifikasiya etməyə imkan verir.
Şək.27.3. Borrelioz (III 
mərhələ-atrofik xroniki 
akrodermatit)
Şək.27.4.Borrelioz (III 
mərhələ-atrofik xroniki 
akrodermatit, fibroz düyünlər)


314

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin