311
dəri çəpəri əldə edir, borrelilər qan
və limfatik damarlarla
yoluxmuş orqanizmdə yayılaraq (borrelioz septisemiya)
müxtəlif orqan və sistemlərini zədələyir, sinir ucları və si-
nir kələfləri üzrə yayılaraq periferik sinir sistemini zədələ-
yir, hematoensefalitik xətdən keçərək mərkəzi sinir siste-
mini zədələyir. Borrelioz septisemiyaları zamanı xəstənin
orqanizminin borrelilərə qarşı reaktivliyi dəyişir. Toxuma-
lar onların daxil olmasına qarşı reaktiv proliferatlarla ca-
vab verir və spontan reqress edərək sonradan residivləşmə
xüsusiyyəti kəsb edir. Laym xəstəliyinin sonrakı
gedişi
borrelilərin persistentliyi və xəstənin orqanizminin borre-
lilərə qarşı reaktivliyinin yeni dəyişiklikləri ilə əlaqəlidir.
Onun toxumaları persistensiya edən borrelilərin aktivliyinə
qarşı destruksiya və atrofiya ilə nəticələnən (xroniki atrofik
akrodermatit) Artyus fenomeni tipi üzrə reaksiya ilə cavab
verir. Yoluxmadan 3-4 həftə (IgM) və 4-6 həftə (IgG) sonra
antitellər əmələ gəlməklə immun cavab qeyd olunur.
Borreliozun gedişində
inkubasiya dövründən sonra
aşağıdakı klinik əlamətlərlə xarakterizə olunan 3 mərhələ
ayırd edilir:
I mərhələ - orta hesabla 4-5 həftədən 1 ilə qədər davam edir.
II mərhələ - orta hesabla 6 aydan 12 aya kimi davam edir, borrelioz septisemiya ilə
əsaslanır, residiv gedişlə xarakterizə olunur.
III mərhələ - qeyri-müəyyən uzun müddət davam edir, bir neçə aydan 10 ilə və daha
çox davam edir, borrelinin persistensiya etməsi ilə assosiasiya olunur və geri dönməyən
dəyişikliklərlə xarakterizə olunur.
Dostları ilə paylaş: