320
VEGETASİYAEDİCİ PEMFİQUS
Vegetasiya edən pemfiqus – vulqar pemfiqusun xüsusi forması olub xəstələrdə məh-
dud papillomatoz törəmələrin yaranması və xəstəliyin nisbətən davamlı olması ilə səciy-
yələnir. Onun 2 tipi ayırd olunur: Noyman (Neumann) və Allopo (Hallopeau).
VEGETASİYAEDİCİ NOYMAN PEMFİQUSU
Bu xəstəlik vulqar pemfiqusu olan xəstələrdə özbaşına, yaxud da qlükokortikoidlərlə
aparılan müalicə zamanı inkişaf edir. Adətən kövşək ağımtıl-tutqun qovuqlarla başlayır
onlar sürətlə partlayırlar. Lakin eroziv səthlərdə sağalma baş vermir, ancaq papillomatoz
törəmələr (vegetasiyalar) inkişaf edir. Onlar xüsusilə intertriqinoz sahələrdə (dodaqların
küncü, nazolabial qırışlar, vulva nahiyəsi və anal dəliyi, qoltuqaltı və perianal nahiyə)
əmələ gələrək, maserasiya və mikrobların artıb çoxalması nəticəsində inkişaf edirlər.
Çox vaxt ziyiləbənzər islanan və ya qartmaqla örtülmüş vegetasiyaların ətrafında kə-
narları boyunca qovuqların qalıqları aşkar edilir. Səpgilər quruyaraq ağrılı çatları olan
ziyiləbənzər hiperkeratotik dəyişikliklərin şəklini ala bilər. Qovuqlar kəskin əmələ gəl-
dikdə xəstəlik vulqar pemfiqusa keçə bilər. Xəstəliyin gedişi daha uzun müddətli və
terapevtik baxımdan həddən artıq problemlidir.
Histopatologiya
Güclü akantoz və papillomatoz əlamətləri olan suprabazal akantolitik qovuqlardır.
Çox vaxt eozinofil leykositlərlə birgə intraepidermal mikroabseslər yaranır.
Dostları ilə paylaş: