323
larda kəskin iy əmələ gəlir, meydana gələn səthi törəmələr isə akantoliz nəticəsində
asanlıqla kənar edilirlər.
Müalicə
Əvvəlcə daxilə qlükokortikoidlərlə monoterapiya, sonra vulqar pemfiqusda olduğu
kimi, immunsupresiv preparatlarla birlikdə qlükokortikoidlərin kombinasiyalı terapiyası
aparılır. Xəstəliyin erkən mərhələsində dapsonun tətbiqi effektiv təsir göstərə bilir.
Yerli olaraq sintetik detergentlər, dezinfeksiya vasitələri və iltihabəleyhinə (kəpək,
yulaf küləşinin ekstraktı) və ya büzücü maddələr (palıd qabığının dəmləməsi) qatılmış
vannalar tətbiq edilir. Flüorlaşmış qlükokortikoidləri losyonlar və ya kremlər şəklində
işlətmək olar (lazım gəldikdə okklüziya sarğısı altında). Məlhəmləri işlətmək tövsiyə
edilmir. İkincili bakterial və ya göbələk infeksiyalara qarşı daima nəzarət aparmalı (an-
tibiotikoqramma) və müvafiq müalicə tətbiq olunmalıdır.
Dostları ilə paylaş: