Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə218/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   214   215   216   217   218   219   220   221   ...   446
DERMATOLOGİYA-dərslik 1

İmmunoloji müayinələr
Yarpaqşəkilli pemfiqusda olduğu kimidir. Xəstələrin qan zərdabında çox vaxt pem-
fiqus anticisimlərinin titrləri xeyli yüksəkdir və xəstəliyin ağırlıq dərəcəsi ilə paralel-
dirlər.
Müalicə
Qlükokortikoidlərin istifadəsinə qədər xəstəliyin proqnozu çox ağır idi. Ümumilikdə 
xəstəliyin başlanğıcından remissiyanın baş verməsinə qədər hər gün 60-90 mq ekviva-
lent prednizolon işlədilməsi tələb olunur. Sonra doza tədricən təminedici dozaya – hər 
gün 5-10 mq qədər azaldılır ki, o da hər 24 və ya 48 saatdan bir qəbul edilir. Terapiyanın 
orta davametmə müddəti 2-4 il təşkil edir. Vulqar pemfiqusda olduğu kimi immunsup-
ressiv vasitələrdən istifadə edilir. İkincili infeksiyalar müvafiq qaydada müalicə olunur-
lar. Kiçik birincili ocaqlar eritematoz pemfiqusda olduğu kimi müalicə edilir.
ERİTEMATOZ PEMFİQUS
Sinonimlər: seboreya pemfiqusu, Senear-Usher sindromu.
Xəstəlik klinik və histoloji olaraq yarpaqşəkilli pemfiqusun morfoloji variantını əks 
etdirir.
Etiopatogenez
Etiopatogenezi yarpaqşəkilli pemfiqusa oxşayır. Bazal membrana doğru istiqamət-
lənmiş əlavə anticisimlərin və antinuklear anticisimlərin (ANA) olması sayəsində gü-
man edilir ki, xəstəliyin yaranmasının əsasında yarpaqşəkilli pemfiqusun və xronik qır-
mızı qurdeşənəyinin mövcud olması durur. Xəstəlik günəş şüası, travma və ya dərmanlar 
(məsələn, penisillamin, kaptopril, propanolol, naproksen, tiazid) ilə provokasiya olunur.
Klinik şəkil
Nadir müşahidə olunan xəstəlikdir və üzdə, başda, sinə və kürəkyin seboreya na-
hiyələri ilə məhdudlaşır. Bəzən tək-tək ocaqlar nəzərə çarpır, lakin daha çox simmetrik 
zədələrə təsadüf edilir. Üzdə klinik şəkli seboreya ekzemasını və ya səthi xronik gediş-
li qurdeşənəyini xatırladır. Kürəkdə və sinədə ocaqlar qartmaqlar ilə örtülmüşlər, səthi 
eroziyaların əmələ gəlməsinə meyllidirlər, klinikası daha çox yarpaqşəkilli pemfiqusu 
xatırladırlar. Selikli qişalarda dəyişikliklər yoxdur, subyektiv simptomlar cüzidir.
Xəstəlik məhdud şəkildə yayıla bilər, lakin yarpaqşəkilli pemfiqusa da keçə bilər. 
Çox nadir hallarda digər autoimmun xəstəliklərlə, məsələn, hamilə qadınların miasteni-
yası, timoma və ya sistemli qırmızı qurdeşənəyi ilə birlikdə rast gəlinir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin