326
ki, bu autoantitellər immun komplekslə reaksiyaya girirlər ki, o da desmoplakin I və
molekul kütləsi 230 kD olan bullyoz pemfiqoid antigeni ilə yanaşı, molekulyar kütləsi
210 və 190 kD olan daha 2 epitelial antigenə malikdir.
Şişlərlə birgə rast gəlməsi: indiyə qədər neoplaziyaların yaranmasının əsasında xro-
nik mielotik leykemiyaların, timomanın, limfa düyünlərin xoşxassəli hiperplaziyalarının
(Castleman şişləri) və bədxassəli limfomalarının durduğu təsvir olunur.
Klinik şəkil
Persistensiya edən, qismən fibrinoz, ağız boşluğunda, konyunktivalarda, əllərin və
ayaqların dırnaqlarında eyni zamanda, anogenital nahiyədə ağrılı eroziyaların olması.
Dəridəki dəyişikliklər polimorfdur və qismən bədənin yuxarı hissəsində, əllərdə, ayaq-
larda, həmçinin ovuclarda və dabanlarda əmələ gəlir. Burada birləşmiş eritemalar, ero-
ziyalar və ya papuloskvamoz səpgilər çoxformalı ekssudativ eritemaya oxşar analoji
qovuqların mərkəzdə əmələ gəlməsi nəzərə çarpır.
Dostları ilə paylaş: