333
Düz İFR
Epidermisin tikanlı
hüceyrələrinin
desmosomlarında
IgG-nin çöküntüləri
Bazal membranda
IgA və C3-nün
çöküntüləri
Bazal membranda
IgG və C3-nin
çöküntüləri
Qeyri-düz İFR
Epidermisin
antigenlərinə qarşı
IgG sinfi dövr edən
anticisimləri
Epidermisin bazal
membranına qarşı
anticisimlər aşkar
olunmur
Bazal membrana
qarşı yaranan dövr
edən anticisimlər
Sulfonlarla müalicə
Səmərəsiz
Səmərəli
Səmərəsiz
Müalicə
aparılmadıqda
proqnoz
Əlverişsiz, letal
nəticələnən
bədxassəli gediş
Nisbətən əlverişlidir
( paraneplastik
Dyurinq
dermatozundan
başqa)
Nisbətən xoşxassəli
Xəstəlik kəskin başladıqda onu çoxformalı ekssudativ eritemadan və Svit sindro-
mundan, iri qovuqları olan klinik variantda isə bullyoz pemfiqoiddən fərqləndirmək
lazımdır. Differensial diaqnostikada subkorneal pustulyoz herpesformalı dermatozun
sirsinar tipi də yada salınmalıdır. Əgər klinik şəklində pruriqinoz papula və düyüncüklər
(herpesformalı dermatozun pruriqinoz forması) ön plana çıxırsa, digər dermatozların
pruriqinoz formalarını, məsələn atopik ekzema və ya sadə yarımkəskin pruriqonu istisna
etmək lazımdır.
Diaqnoz
Diaqnoz anamnezin (yod preparatlarına qarşı reaksiya, qlüten enteropatiyasının ol-
ması), klinik şəklinin (dirsəklərdə, dizlərdə, sağrılarda, saidin açıcı səthlərində, başda
papula, vezikula, qovuq şəklində simmetrik yerləşmiş qaşınan səpgilər), histoloji mə-
lumatların (çoxlu eozinofillər olan subepidermal qovuqlar; dermanın məməciklərinin
zirvəsində eozinofil və neytrofil qranulositlərin toplanması), sağlam görünən dərinin düz
immünflüoressensiya reaksiyasının (dermanın məməcikli qatında IgA-nin çöküntüləri)
əsasında qoyulur.
Dərinin qaşınması və göynəməsi, səpgilərin polimorfizmi, vezikuların herpesformalı
yerləşməsi, xronik residivləşən gedişi xəstəlikdən şübhələnməyə əsas verir. Sitoloji, pa-
tomorfoloji, immunloji müayinələr diaqnozu təsdiqləməyə kömək edir.
Müalicə
Herpesşəkilli Dürinq dermatozunun kompleks müalicəsi tövsiyə olunur, onun əsasını
qlütensiz pəhriz və sulfon sırası preparatlarının işlədilməsi təşkil edir.
Dostları ilə paylaş: