Differensial diaqnoz Xəstəliyin başlanğıcında onu vulqar pemfiqusdan, qırmızı eroziv dəmrovdan, Bex-
çet xəstəliyindən və xronik qırmızı qurdeşənəyindən fərqləndirmək lazımdır. Sitoloji,
histoloji və immunloji müayinələr həlledici rol oynayır. Çapıqlaşan sinexiyalarla birgə
göz simptomatikası əmələ gəldikdə diaqnozu qoymaq asandır. Prosesə dəri qoşulduqda
xəstəliyi bullyoz epidermolizlə diferensiasiya etmək çətinlik törədir ki, bunu da yalnız
elektron mikroskopiyası ilə həyata keçirmək mümkündür.
Müalicə Qlükokortikoidlərlə və immunsupressiv preparatlarla kombinə olunmuş terapiya
(azatioprin və ya siklofosfamid) konyunktivaların və selikli qişaların xronik dəyişiklik-
lərində deyil, yalnız generalizə olunmuş bullyoz səpgilər zamanı effektivdir. Müalicənin
dapson ilə hər gün 50-200 mq dozada, izotretinoin (roakkutan), asitretin (neotiqazon) və
ya siklofosfamid (endoksan) ilə aparılması tövsiyə edilir. Həmçinin siklosporin A (san-
dimmun) peroral (1 kq bədən çəkisinə hər gün 2,5-5,0 mq) və ya cərrahi müdaxilələrə
(o, çox vaxt çapıqlaşmanın gecikmiş mərhələlərində həyata keçirilir) əlavə olaraq yerli
tətbiq edilə bilər.
Gözlərin zədələnməsini oftalmoloq müalicə etməlidir. Qlükokortikoid suspenziyala-
rının ocaqdaxili inyeksiyalarının yeridilməsinə, həmçinin kontakt linzaların işlədilmə-
sinə icazə verilir. Ağız boşluğunun selikli qişasında dəyişikliklər olduqda simptomatik
terapiyanın aparılmasına (subkutin, dineksan, xerviros, kamillosan, kavosan), həmçinin
yerli olaraq qlükokortikoidlərin (Volon A məlhəmi, dontizolon, bəzən triamisinolonun
kristallik suspenziyasının püskürdülməsi – Volon A 1:4 nisbətində mepivakain məhlu-
lunda) işlədilməsinə göstəriş vardır. Trizm inkişaf etdikdə – ağız boşluğunun selikli qi-
şasının çapıqlaşan ekssiziyaları və normal dərinin transplantasiyası həyata keçirilir, bu
zaman xəstəlik müvafiq sahədə sönür. Bu, dəridəki məhdud ocaqlara da aiddir.