Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə234/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   446
DERMATOLOGİYA-dərslik 1

ÇAPIQLAŞAN PEMFİQOİD
Sinonimlər: selikli qişaların xoşxassəli pemfiqoidi, selikli qişaların bullyoz dermatiti. 
Qovuqların əmələ gəlməsi ilə təzahür edən xronik xəstəlik olub çapıqların yaranma-
sına gətirib çıxarır və əsasən konyunktivanı və selikli qişaları zədələyir. Nadir xəstə-
likdir, çox vaxt qadınlarda müşahidə olunur (2:1), etnik fərqləri yoxdur və adətən 60 
yaşdan yuxarı şəxslərdə təzahür edir.
Etiopatogenez
Müasir dövrdə əldə edilən morfoloji və immunloji məlumatlar bullyoz pemfiqoidlə 
sıx əlaqənin olduğunu göstərir. Bunu xəstələrdə bullyoz pemfiqoidə oxşayan generalizə 
olunmuş bullyoz səpglərin aşkar edilməsi də təsdiqləyir. Lakin çapıqlaşan pemfiqoid za-
manı immun cavabın bazal-membran zonanın bir antigeninə və ya antigen kompleksinə 
yönəldildiyi məlum deyildir, belə ki, bu antigenlərin lokalizasiyası, yayılması və funk-
siyası bullyoz pemfiqoidin antigenindən fərqlənir. Çapıqlaşan atrofiyanın niyə selikli 
qişalarda yaranması da məlum deyildir. Çox güman ki, bu antigenlər epidermal yaraların 
sağalması baxımından Lamina lucida –da xüsusi funksional əhəmiyyət daşıyırlar.
Klinik şəkil
90%- hallarda əsasən konyunktiva və ağız boşluğunun selikli qişası zədələnir, halbu-
ki xəstəlik burnun, udlağın, cinsiyyət orqanlarının və anal nahiyənin selikli qişasını da 
əhatə edir. Dəri əlamətləri xəstələrin 25%-də aşkar edilir.
Gözlər ayrılıqda zədələnə bilər. Çox vaxt xəstəlik bir tərəfli başlayır. 1-2 ildən son-
ra digər göz də zədələnir, ondan əvvəl kataral konyunktivit üçün spesifik klinik şəkil 
meydana çıxır. Dəqiq müayinə zamanı şəffaf qovuqcuqların olmasını təyin etmək müm-
kündür, onlar tezliklə deşilirlər. Bundan sonra çapıqvari büzüşmə baş verir, bu isə xəstə-
liyin əvvəlki adının yaranmasına səbəb olmuşdur: konyunktivanın essensial büzüşməsi. 
Bulbar və palpebral konyunktivitalar arasında çapıqvari sinexiyalar əmələ gəlir: göz 
qapaqlarını bağlamaq mümkün olmur. Gözlərin hərəkəti məhdudlaşır. Entropiya buy-
nuz qişanın ikincili dəyişikliklərinə pannusun yaranmasına və ya çapıqlaşan və korlu-
ğa səbəb olan buynuz qişanın xoralaşmasına gətirib çıxarır. Göz qapaqlarının çapıqvari 
büzüşməsi, göz yaşı axacaqlarının yerdəyişməsi və qədəhşəkilli hüceyrələrin atrofiyası 
nəticəsində konyunktiva quruyur kseroftalmiya və panoftalmiya inkişaf edir ki, o da 
sonda görmənin itməsinə səbəb olur.
Ağız boşluğunun selikli qişası: burada residivləşən qovuqlar əmələ gəlir ki, onlar da 
tezliklə deşilir və sağaldıqda yerində ağrılı çapıqlar əmələ gətirən eroziyaların yaran-
ması ilə nəticələnir. Dil yüyənində yerləşdikdə çapıqvari büzüşmə dilin hərəkətlərinin 


340
məhdudlaşmasına gətirib çıxarır, zədə yumşaq damaqda, badamcıqların qövslərində və 
yanaqların selikli qişasında yerləşdikdə isə qida qəbulunun məhdudlaşması ilə bərabər 
mukozogen trizmi əmələ gələ bilər.
Digər selikli qişalarda, məsələn, vulvada həmçinin oxşar çapıqvari adheziyalar, si-
nexiyalar və ya stenozlar yarana bilər.
Gözlərdən və selikli qişadan fərqli olaraq, dəridəki dəyişikliklər xəstələrin yalnız 
25%-də rast gəlir və yüngül keçir. Bir və ya bir neçə yerdə eritematoz əsaslı residivləşən 
və çox vaxt möhkəm divarlı hemorragik qovuqlar əmələ gələrək atrofik, əsasən hiper-
piqmentasiyalı çapıqların yaranması ilə sağalır. Başın tüklü hisəsində yerləşdikdə Bro-
kun psevdopeladası tipi üzrə çapıqlaşan alopesiya inkişaf edir. Çox nadir hallarda bul-
lyoz pemfiqoiddə olduğu kimi, qovuqların disseminasiyalı təkanvari səpgiləri yaranır. 
Xəstəlik çox vaxt dalğavari gedişə malik olub bir neçə il ərzində ümumi vəziyyətə 
təsir etmədən davam edir. Xəstəlik nə qədər sürətlə inkişaf edərsə, proqnoz o qədər pis-
dir. Qida qəbulunda çətinliyin yaranması ilə əlaqədar distrofiya və kaxeksiya inkişaf edə 
bilər. Xəstələrin 30-60%-də korluq baş verir. Çox nadir hallarda selikli qişada əmələ 
gələn çapıqvari dəyişikliklərdə karsinoma inkişaf edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin